Könüllüləri ciddi addımlar atdılar

Lahıc bələdiyyəsindən aldığımız məlumata görə, ASAN xidmət könüllüləri tərəfindən qəsəbə ərazisində tam orta məktəbin, Lahıc Tarix-Mədəniyyət Qoruğunun, Lahıc Mərkəzi Muzeyinin binasındakı qapı və pəncərələr, həmin binaların dam örtükləri, küçələrdə olan taxta qapılar rənglənib. Müasir iməcilik formasını daşıyan bu layihədə ASAN Könüllüləri onun icrasını böyük həvəslə yerinə yetiriblər. Könüllüləri ciddi addımlar atdılar
“Corella” boyaları və “NB Qrup” bu layihənin icrasına xüsusi diqqət və dəstək göstərib.
Lahıc bələdiyyəsinin sədri Rövşən Əliyev qəzetimiz vasitəsiylə bütün layihə iştirakçılarına qəsəbənin sakinləri, eləcə də bələdiyyə adından təşəkkürünü bildirib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz