Layihə çərçivəsində seminar

“Gənclərin İnkişaf Mərkəzi” ictimai birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Şimal-Qərb regionunda erkən evlilik və onun fəsadlarının araşdırılması” adlı layihənin icrasına başlamışdır.
Layihə çərçivəsində seminar
İyulun 15-də rayon İcra Hakimiyyəti və ictimai birliyin təşkilatçılığı ilə İsmayıllı Tarix-Diyarşünaslıq Muzeyində layihə çərçivəsində seminar keçirilmişdir. Layihənin əsas məqsədi erkən və qeyri-rəsmi nikahların mənfi nəticələri barədə araşdırma apararaq əhalinin, xüsusilə də gənclərin maarifləndirilməsi, bu yolla cəmiyyətin gələcək sağlam inkişafına töhfə vermək, riskləri azaltmaqdır.
Tədbiri RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nəsimi Teymurov açıb, qonaqları və tədbir iştirakçılarını rayon rəhbərliyi adından salamlayıb. “Gənclərin İnkişaf Mərkəzi” ictimai birliyinin layihə kordinatoru Cavidan Həsənov erkən nikahın fəsadları barəsində çıxış edib.
Sonra ictimai birliyin təlimçisi Ümidvar Həsənov “Şimal-Qərb regionunda erkən evlilik və onun fəsadlarının araşdırılması” adlı layihə çərçivəsində geniş məruzə edib. Tədbir iştirakçıları müzakirələrdə fəal iştirak edərək bu mövzuya dair fikir və təkliflərini söyləyiblər. Tədbirin sonunda seminarda iştirak edənlərə layihə çərçivəsində hazırlanmış buklet, layihənin təbliğini özündə əks etdirən köynək, papaq və digər mətbəə məhsulları paylanılıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz