Məhəbbət Osmanova

Osmanova Məhəbbət Babaxan qızı 1966-cı ildə İsmayıllı rayonunda anadan olub. 1991-ci ildə Azərbaycan Pedaqoji Universitetini bitirib.
“Dağ çiçəkləri” ədəbi məclisi və “İsmayıllı Yazarları” ədəbi ictimai birliyinin üzvüdür. Г‡oxsaylı şeirləri dövri mətbuatda çap olunub. Ağahüseyn Aslanov adına İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir.
Məhəbbət  Osmanova
Ey vətən

Nə qədər torpağa yaşlar töküldü,
Elə bil ruzumuz göyə çəkildi.
Sanki, dağlarının beli büküldü,
Yas ilə gəlirmiş qışın, ey Vətən,
Nələr çəkəcəkmiş, başın, ey Vətən!

Düşmənin hədəsi həddini aşıb,
Xalqımızın səbri tükənib, daşıb.
Günümüz daralıb, ömrümüz çaşıb,
Qoy sənə ömrümü qoşum, ey Vətən,
Nələr çəkəcəkmiş, başın, ey Vətən!

Heydər baba

Şagirdlərimin dilindən

Məktəbliyik, deyilik ki, biz çağa,
Ana! –“ deyib, könül verdik torpağa.
Şəhidlərin qisasını almağa,
Böyüməkçün gözləyirik an, baba,
Əziz baba, Heydər baba, can baba!

Neçə igid şəhid oldu bir gündə,
Ana, bacı ağlar qaldı hər gündə.
Sən xalqına arxa durdun dar gündə,
Üzündə nur, yolun şöhrət, şan, baba,
Əziz baba, Heydər baba, can baba.

Yolumuza işıq saçan mayaksan,
Qəlbimizə təsəllisən, dayaqsan.
Sən ölməzsən, yaşayırsan, oyaqsan,
Əməlindən nur alıbdır dan, baba,
Əziz baba, Heydər baba, can baba!

Dönərəm

Dastanında bircə kiçik sətrinəm,
Vətən, sənin dastanına dönərəm.
Tariximin keşməkeşli yolunda,
Hər gününə, hər anına dönərəm.

Bir ocaqda bir odunun közüyəm,
Bir amalın, yüz ünvanın iziyəm.
İndi bir az əsib-coşan küləyəm,
Lazım gəlsə, tufanına dönərəm.

İşığınam, hər küləkdən sönmədən,
Düşmənimə əyilmərəm, enmərəm.
Natəvantək öz sözümdən dönmərəm,
Nigar kimi qurbanına dönərəm.

Müəllim

Ey mənim müqəddəs, saf müəllimim,
Günəştək, havatək, təmizsən mənə.
Bu gün sənsən mənim danışan dilim,
Dünyamda anamtək əzizsən mənə.

Üzündən görünən ciddi baxışlar,
Hər zaman, hər yerdə izləyir məni.
Gözünün altında xırda qırışlar,
İşıqlı həyata səsləyir məni.

Başında illərlə ağaran tellər,
Xoş günlər gətirib həyatda mənə.
Ötsə də fəsillər, ötsə də illər,
Alim də, dahi də baş əyər sənə.

Ay bahar

Qarşılayır səni yenə el-oba,
Qədəmlərin mübarəkdir, ay bahar.
Qəmli-qəmli bürünüblər çarşaba,
Bənövşələr nə kövrəkdir, ay bahar.

Hamımıza Tanrı adlı ad dayaq,
Ocaq çataq, üstündən də adlayaq.
Tonqalları Qarabağda odlayaq,
O gün hökmən gələcəkdir, ay bahar.

Gəlişindən yurduma nur tökülər,
Namərdlərin qəddi qat-qat bükülər.
Vətənimdən qara əllər çəkilər,
Ana birdir, Vətən təkdir, ay bahar.

Bilmərəm

Könlüm pərvazlanan ilham quşudur,
Baharam, xəzana qona bilmərəm.
Bir həzin kamandır mənim ürəyim,
Hər yetən əlində dinə bilmərəm.

Dost üzə gülməsə, açılmaz gülüm,
Namərdin özündən bükülməz belim.
İnam zirvəsindən asılıb əlim,
Mən bu ucalıqdan enə bilmərəm.

***
Qoymadı ki, viran olsun ellərim,
Qoymadı dağılsın kəndim, şəhərim.
Gəldi hayımıza Ulu öndərim,
Gəldi Heydər ata, müqəddəs ata.

Qoymadı ağlasın bir də analar,
Yetim qalmasınlar körpə balalar.
Düşməni susdurdu iradəsiylə,
Г‡atdı dadımıza böyük rəhbərim,
Gəldi Heydər ata, müqəddəs ata.

İstərəm

Heç bir kəsin torpağında gözüm yox,
Öz halalca torpağımı istərəm.
Qarabağım dədə-baba mənimdir,
Öz yurdumu, Qarabağı istərəm.

Orda mənim ağacım var, barım var,
Torpağımda zəhmətim var, tərim var.
Babam, əmim, uyuduğum yerim var,
Dədə-baba ocağımı istərəm.

Г‡ox qaçmışam, cığırında, izində,
Yıxılmışam təpəsində, düzündə.
Kirimişəm, uyumuşam dizində
Öz anamdır, qucağını istərəm.

O, yerlərdə can qoymuşam, a qardaş,
Düşmən, mənim bostanıma atma daş.
O yerlərdə uyum, qalım bir də kaş,
Cənnətməkan yatağımı istərəm.

Qarabağım, sən mənimsən, sən mənim,
Azərbaycan torpağında məskənim.
Süfrə mənim, çörək mənim, yer mənim,
Öz süfrəmin qırağını istərəm.

Mən vermərəm Qarabağı, gül bağı,
Gəl, əl götür bu hiylədən, ay yağı.
Azərbaycan, vətənimin bucağı,
Öz müqəddəs bucağımı istərəm.

Düşmənləri bircə-bircə biçərəm,
Lazım gəlsə, canımdan da keçərəm.
Şəhidliyi yüksək zirvə seçərəm,
Bu zirvəni qazanmağı istərəm.

***
And olsun anamın ağ saçlarına,
And olsun Vətənin şəhid qanına.
Qarabağ yağıdan alınacaqdır,
Bayrağım orada sancılacaqdır.

Əziz vətən, əziz ana,
Yay səsimi bu cahana:
Neçə əsr keçsə belə,
Neçə nəsil köçsə belə,
Yaşayacaq zaman-zaman,
Ulu Heydər, Azərbaycan!

Deyil

Sən mənim şəklimi çəkmək istədin,
Yaxınlaşdın, gördün üz, o üz deyil.
İstədin baxışımda nəsə görəsən,
Hiss etdin gözaltı, naz, o naz deyil.

Sanki bu dünyada əvvəl yox idin,
Əsən külək kimi mənə toxundun.
Elə bil, qəlbimi üzdən oxudun,
Ocaq alışmadı, köz o köz deyil.

Sən çox güclü çıxdın güclüdən də çox,
Qürur hissi ilə yandır məni yax.
Dedim: barı bir dön, gözlərimə bax,
Baxdın, söylədin ki, göz o göz deyil.

Saçlarıma baxdın, tel də dəyişib,
Əllərimə baxdın, əl də dəyişib.
Ay aman, bu nədir, dil də dəyişib,
Hər nə söylədimsə, dedin düz deyil.

Bir daha o illər geri qayıtmaz,
Bir daha gəncliyim məni ovutmaz.
Gənclik dönən deyil, lap durmadan yaz,
Hər il yaz gəlsə də, yaz, o yaz deyil.

A dünya

Sənə çox iradlar, gileylər olub,
Mənim də sənə var sözüm, a dünya.
Bilmirəm ki, nədən başlayım, deyim,
Ağ vərəqə nələr yazım, a dünya?

Bəzən zalımlara meydan verirsən,
Quru qala-qala yaşı döyürsən.
Hərdən ürəyimə yaman dəyirsən,
Mən bu hala necə dözüm, a dünya?

Gəl məni ayırma dostlardan hərdən,
Uzaq saxla məni böhtandan, şərdən.
Azacıq yazıram sözdən, şeirdən,
Sənə bəlkə oldum lazım, a dünya.

Şərh Yaz