Öndərə ehtiram, Göyçaya səfər

2 may 2016-cı il tarixində İsmayıllı Həvəskar Velosiped Dostları və İsmayıllı Rayon Gənclər və İdman İdarəsi ilə birlikdə ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 93-cü ilinə həsr olunmuş Göyçay şəhərinə velo tur təşkil etmişdir.
Öndərə ehtiram, Göyçaya səfər
Velo tur başlamadan öncə velo tur rəhbəri Əli İmamverdiyev təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də uğurla davam etdirilən Azərbaycanın gənclər siyasətinə ayrılan vəsait, görülən işlər, həyata keçirilən proqram və layihələr gənclərimizin hərtərəfli inkişafına xidmətindən danışıb.
Velo tur İsmayıllı şəhər mərkəzindən başlamışdır. Velosiped dostları əvvəlcə Göyçay şəhərində ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, sonra Heydər Əliyev Mərkəzi ilə tanış olmuş, Göyçay Gənclər Mərkəzində və tarixi yerlərdə turlarına davam etmişlər.
Sonda Göyçay şəhər mərkəzindən İsmayıllı şəhər mərkəzinə qədər olan məsafəni qət edərək velo tur sona çatdırmış, İsmayıllı Rayon Gənclər və İdman İdarəsi tərəfindən Diplomlarla təltif edilmişlər.
Əli İmamverdiyev

Şərh Yaz