İllər onu gizlədə bilmədi

Həyatımızın xoşbəxt, qayğısız, duyğulu anlarında, gəncliyimizdə həyata atılırıq, daxilimizdəkiləri ortaya qoyur, bacarıq və istedadımızla özümüzü cəmiyyətə təqdim etməyə çalışırıq. Kimi rəsm çəkir, kimi mahnı oxuyur, kimi isə şeir yazır. İllər keçdikcə bəlli olur ki, sən demə, pis-yaxşı hamı şeir yazmaqda özünü sınağa çəkibmiş.
İllər onu gizlədə bilmədi
Erkən yaşlarından poeziya yoluna qədəm qoymuş İsmayıllı yazarlarından biri də Mehriban İbrahimovadır. Onun yazdığı şerilərin xronologiyası iki hissəyə ayrılır. 1988-ci illərə qədər və 2013-cü ildən sonra. Aradakı fasiləyə baxmayaraq illər istedadını gizlədə bilməyib.
Bu yaxınlarda sosial şəbəkələrdə, bir sıra ədəbi mətbu orqanlarda onun şeirlərinə rast gəldim. Şeirlər diqqətimi çəkdi. Yazdığı misralardan öyrənmək mümkün olmadığı üçün özü ilə görüşdüm. Öyrəndim ki, Mehriban İbrahimova İsmayıllı rayon Mican qəsəbəsində dünyaya göz açıb. 1976 cı ildə şəhər 3 nömrəli orta məktəbini bitirib. Rayondakı texniki peşə məktəbində xalçaçılığın sirlərini öyrənib. Bir müddət rayondakı xalça sexində toxucu işləyib. Təhsilini yenidən davam etdirmək üçün Bakı Yüngül Sənaye Texnikumuna daxil olub. Ailə vəziyyətinin ağır olması səbəbindən təhsilini davam etdirə bilməyib. Müxtəlif illərdə ticarət sahəsində satıcı, uşaq bağçasında təsərrüfat müdiri, xalça sexində toxucu kimi işləyib. Müxtəlif sahələrdə çalışsa da, həmişə yazıb-yaratmaq həvəsi ilə yaşayıb.
M.İbrahimovanın yaradıcılığa başlaması şair Musa Yaqubun rəhbərlik etdiyi “Dağ çiçəkləri” ədəbi məclisinin gur vaxtlarına düşür. M.Yaqubun xeir-duası ilə “Zəhmətkeş” qəzetində qələm nümunələri dərc olunub.
Müəyyən səbəblərdən uzun illər ədəbi dərnəklərdən, mətbuatdan uzaq düşən şairənin yaradıcılıq həvəsi itib-batmamışdır. Hazırda “Dağ çiçəkləri” ədəbi məclisinin və “İsmayıllı Yazarları” ədəbi ictimai birliyinin üzvüdür. Şeirləri bir sıra mətbu orqanlarında dərc olunur.
Mehriban İbrahimovanın xarakterindəki həlimlik, təbiətindəki sadəlik qələmə aldığı misralarda da özünü büruzə verir.
Elnarə Günəş

Qoruyun belə insanı

Qəlbi təmiz insan sözündən bəlli,
Üzünə düz baxan gözündən bəlli.
Getdiyi yolunun düzündən bəlli,
Qoruyun hər zaman belə insanı.

Yediyi çörəyin halalı məlum,
Haramla çarpışan sualı məlum.
Haqqı görməyəndə mənalı məlum,
Qoruyun hər zaman belə insanı.

Axtarmaz heç zaman şöhrətin, adın,
Dövlətə dəyişməz arzu, muradın.
Qırmayın insanlar, qolun, qanadın.
Qoruyun hər zaman belə insanı.

***
Neynirəm dünyanın sərvətin, varın,
Mənə bircə ovuc səadət yetər.
Dünyanın sərvəti, dünyanın varı,
Qayğılı anımda gözümdə itər.

Mən niyə beləyəm

Gözlərim yol çəkir xeyli zamandı,
Gözümə gözləmə deyə bilmərəm.
Tutub əllərindən körpə uşaqtək,
Qarşında başımı əyə bilmərəm,
Mən niyə beləyəm? Deyə bilmərəm.

Könlündə dolanan sevgi harayı,
Götürə bilmərəm bir qismət payı.
Xəyalda qurduğum gizli sarayı,
Mənimdi, mənimdi deyə bilmirəm.
Mən niyə beləyəm? Deyə bilmərəm.

Gözlərim yol çəkir, bir ümid, amma,
Qırılıb yollarda yetişə bilməz.
Əmanət bir ömrün qalıbdı məndə,
Toxuna bilmərəm niyə bilmirəm?!
Mən niyə beləyəm? Deyə bilmərəm.

Gözlərim yol çəkir xeyli zamandı,
Gözümə gözləmə deyə bilmərəm.
Tutub əllərindən körpə uşaqtək,
Qarşında başımı əyə bilmirəm,
Mən niyə beləyəm? Deyə bilmərəm.

Tapa bilməzsən

Gözümdə yük oldu intizarın da,
Yolunda yox oldu yoxdan varım da,
Daha sənin üçün duyğularımda,
Zərrəcə möhnət də tapa bilməzsən.

Götürüb qəmini düşdüm uzağa,
Üz-üzə gəlməyə üzünü gizlət,
Sən mənim ömrümə gəlsən bir daha,
Mehri-ülfətimi tapa bilməzsən.

Bir qayğı qarışdı qayğıma daha,
Solub meyvələrim bağımda daha,
Ömrümün bu ahıl çağında daha,
Şirin söhbətimi tapa bilməzsən.

Gecikən arzular gümana qalar,
Gümanım, istəyim zamana qalar.
Könül bağçası da viranə qalar,
Sən orda cənnəti tapa bilməzsən.

Yollar haçalanıb, yollar qıvrılıb,
Yolundan biryolluq yolum ayrılıb,
Küləklər külünü göyə sovurub,
Ürəkdə hərarət tapa bilməzsən.

Qayıtma, yük olub intizarım da,
Yolunda yox olub yoxdan varım da.
Daha sənin üçün duyğularımda,
Zərrəcə möhnət də tapa bilməzsən.

Ürəyim

Mənə hər addımda vəfalı olan,
Ay mənim, ürəkdən yanan ürəyim,
Dərdlərin içində boğulub hər gün,
Dərdimi özümdən danan ürəyim.

Yaxşını yamandan ayırıb, seçən,
Hər cür imtahandan, sınaqdan keçən.
Bağlı qapılardan yol tapıb açan,
Özünü borclutək sanan, ürəyim.

Hər anın hökmünü yerində verən,
Günahı yadda yox, özündə görən.
Dünyanın dərdini gözündə görən,
Olub, keçənləri anan ürəyim.

Hərdən azır yolu vaxtım, zamanı,
Tükənir bir anda ümid, gümanım.
Bədgüman olmağa yox bircə anım,
Zamanım içində zaman ürəyim.

Mənə hər addımda vəfalı olan,
Ay mənim ürəkdən, yanan ürəyim.
Dərdlərin içində doğulub hər gün,
Dərdimi özümdən danan ürəyim.

Olmur

Hərdən elə coşur, çağlayır ürək,
Kəlməni kəlməyə calamaq olmur.
Aşıb-daşan zaman arzu-diləklər,
Yetənə ürək də bağlamaq olmur.

Gözlər göz yaşıyla boşalır, dolur,
Sıxıb kirpikləri ağlamaq olmur.
Gələn gün gedəndir, uşaq da bilir,
Gedəni bu yoldan saxlamaq olmur.

Hərdən üz tutduğun dostu sirdaşı,
Hər anda sınamaq, yoxlamaq olmur.
Г‡içəyin ətrini, gülün ətrini,
Bəzən doyanacan qoxlamaq olmur.

Qəlbində rahatlıq duyulan zaman,
Daş üstə rahatca uyumaq olur.
Hərdən də köksünə sanki qor dolur
Ən rahat yerində də yuxulamaq olmur.

Səslə

Uzat əllərini, uzat sən mənə,
Əllərin əlimə yetincə, səslə.
Üzəndə qəlbini intizar, həsrət,
Həsrətin yolunda bitincə, səslə.

Qəminin yükünü götür aradan,
Ayırmağı bacar, ağı qaradan.
Boylan, gözlərində bir dəli hicran
Hicranın gözündə itincə, səslə.

Demə, yorğun düşdüm yolunda mən də,
Yollar birləşəndi günün birində,
Harayla gül-çiçək bitən çəməndə,
Səsin ürəyimə yetincə, səslə.

Xəyanət etmə

Könül sirdaşındır həyat yoldaşın,
Bir ömür payıdır, səadətindir.
Qırma xəyanətlə, fikrindən daşın,
Həyat yollarında çaşıb qalarsan.

Xəyanət ən böyük qəbahət olar,
Xəyanət bir ömrü çapıb, talayar,
Bir evin qapısın örtər, bağlayar.
Г‡öllərdə viranə coşub qalarsan.

Xəyanət uçurum, xəyanət dərə,
Düşüb ayaqlara yalvarsan yenə.
Kimsə bağışlamaz, dərə dibində,
Sellərin içində daşıb qalarsan.

Ey insan övladı, insan olan kəs,
Etmə xəyanəti, olma quru səs.
Adını qoyarlar ellərdə nakəs,
Elində kimsəsiz düşüb qalarsan.

Könül sirdaşındır həyat yoldaşın,
Bir ömür payındır, səadətindir.
Qırma xəyanətlə fikrindən daşın,
Həyat yollarında çaşıb qalarsan.

Hara gedir belə dünya?

İnsan geyir şeytan donu
Sözlər çəpdi söz üstündə,
Düz gəlmir ki, bir-birini,
Г‡ökdürəcək diz üstündə,
Hara gedir belə dünya?

Doğmaları yad olubdu,
Könlü ayrı şad olubdu.
Özü ilə gəzdirdiyi,
Bir quruca ad olubdur,
Hara gedir belə dünya?

Əli qələm, sinə dəftər,
Yaz gülünü qışında dər.
Dəyişib dövran dərbədər,
Sən bir namə yazıb göndər,
Hara gedir belə dünya?

Hərədən bir avaz gəlir,
Gecələri ayaz gəlir,
Sinəsində bir saz gəlir,
Aşıq öz sözünü deyir,
Hara gedir belə dünya?

Qədəminə qurban kəsən,
Qardaş qardaşından ayrı.
Birgə yolda yol yeriyən,
Yoldaş, yoldaşdan ayrı,
Hara gedir belə dünya?

Dağ zirvəsi dağ gözləyir,
Bağlar hələ bar gözləyir.
Yatağında yatan xəstə,
Dərdinə dərman gözləyir,
Hara gedir belə dünya?

Düzəlməsi çətin olar,
Bu gedişlə həsrət qalar.
Ondan ümid gözləyəni,
Yaman dərdə, qəmə salar,
Hara gedir belə dünya?

Həsrətin sonu
.
Elindən, obasından ayrı düşmüşlərə

Ayrı düşən obasından, elindən,
Dərdlərin içində, dərdin əlindən.
Hər gün ürəyində nisgillə ağlar,
Gözündə ahu-zar nəm havasına.

Sönmüş ocağının külü yadında,
Solmuş bağçasında gülü yadında.
Qalıb əl açanın əli yadında,
Sızlayar könlünün qəm havasına.

Gözünün önündə isti yuvası,
Torpaqda udduğu təmiz havası.
Nisgilli ürəyi arzu yuvası,
Qayıda evinə, öz obasına.

Qərib quşlar köçür, sonra qayıdır,
Onun qayıtması intizar, həsrət.
Qərib yuvasında “köçkün“ adında,
Г‡oxdan həsrətlidir öz yuvasına.

İlahi, bu həsrət yükdü, ağırdı,
Hər yada saldıqca ürək ağrıdır.
Bir yalan uyduraq, deyək doğrudu,
Həsrətin sonudur köç libasında!

Bir yalan uyduraq yol ayrıcında,
Kaş ki, həqiqətin xəbəri ola.
Laçın dəhlizindən bağlı qapılar,
Açıla Şuşaya gedən o yola.

Bir yalan uyduraq, müqəddəs yalan,
Kaş ki, yalan isə doğruya dönə.
Həsrət qapıları bağlı, nigaran,
Həqiqət qapısı açıq Tanrıdan!

Tənhalıq

Bir dünya dolusu tabı olsa da,
Tənhalıq içində qovrular insan.
Milyonu, milyardı yetməz haraya,
Qəm-qüssə içində sovrular insan.

İsti otağında titrəyib, əsər
Yolunu hicranı, həsrəti kəsər.
Yığılar köksünə ələm, dərdi-sər
Özü öz içində qovrular insan.

Əlinin içində titrəyər əli
Sözü çox olsa da, danışmaz dili
Bilməz ki haraya, haradı yolu
Evinin içində evsizdi insan.
Bir dünya şöhrəti adı olsa da,
Tənhalıq içində qıvrılar insan
Milyonu, milyardı yetməz haraya
Qəm-qüssə içində sovrular insan.

Şərh Yaz