İntellektual yarış

İsmayıllı rayon Uşaq Yaradıcılıq Məzkəzində “Multikulturalizm ili”nə həsr olunmuş intellektual oyun üzrə 2016-cı ilin regional məktəb çempionatının rayon mərhələsi keçirildi. Yarışmanın əsas məqsədi ən güclü məktəb komandalarını müəyyən etmək və onların gələcək inkişafına şərait yaratmaqdan, həmçinin məktəblilərin intellektual və yaradıcılıq səviyyəsinin yüksəldilməsinə nail olmaqdır.
İntellektual yarış
İntellektual yarışmada zona qalibi olmuş 12 məktəb komandası iştirak etdi. Gərgin mübarizə şəraitində keçən yarışmada Təzəkənd kənd tam orta məktəbinin komandası I yeri, Diyallı kənd tam orta məktəbinin komandası II yeri, Cülyan kənd tam orta məktəbinin komandası III yeri tutdu. Qaliblər diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.
Rəna Mirzəliyeva,
Rayon Təhsil Şöbəsinin metodisti

Şərh Yaz