Baramaçılıq üçün yem bazası

İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın şəxsi təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində 15 aprel 2016-cı il tarixində İsmayıllı rayonunun ərazisində ağacəkmə aksiyası davam etdirilib.
Belə ki, İsmayıllı şəhəri və Lahıc qəsəbəsi hüdudlarında hər məntəqədə 500 ədəd olmaqla 1000 ədəd müxtəlif cinslərdən olan ağaclar əkilib.
Rayonda baramaçılığın yem bazasının yaradılması və inkişaf etdirilməsi məqsədilə müxtəlif bələdiyyə ərazilərində tut cinsindən olan daha1000 ağacın əkilməsi də həyata keçirilib.
Əkilmiş ağacların suvarılması və mühafizə olunması məqsədilə müvafiq tədbirlər icra edilib.
P. Məmmədov

Şərh Yaz