Ağacəkmə aksiyası davam edir

İDEA ictimai birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma” marafonu layihəsində İsmayıllı rayonu da yaxından iştirak edir. Növbəti ağacəkmə kompaniyası 24 aprel 2016-cı il tarixində baş tutub.
Ağacəkmə aksiyası davam edir
İsmayıllı-Muğanlı avtomobil yolunun şimalında və cənubunda keçirilən ağacəkmə aksiyasında tut və akasiya cinslərindən ibarət 500 ədəd ağac əkilib. Əkilmiş ağaclar suvarılıb və mühafizəsi təmin edilib.
Bir məsələni də qeyd edək ki, tut ağacı tinglərinin əkilməsi həm də yaxın gələcəkdə İsmayıllıda baramaçılığın geniş yayılmasına yaradılan şərait kimi nəzərdə tutulub. Rayonun əksər kəndlərində bu istiqamətdə iş aparılacağı planlaşdırılıb.
Ş.Hüseynov

Şərh Yaz