Kollecdə kafe açılışı

Əhalinin sıx cəmləşdiyi yerlərdə, idarə və müəssisələrdə, təhsil ocaqlarında iaşə obyektlərinin yerləşdirilməsi həmişə vacib məsələlərdən sayılıb. Bu məqsədlə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin nəzdində tələbələrin asudə vaxtının səmərəli təşkili üçün tikilmiş “Gənclik-Kafe”nin 26 aprel 2016-cı il tarixdə açılışı olub.
Kollecdə kafe açılışı
Açılışda İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib. Onlar fəaliyyətə başlayan kafenin xeyirli və uğurlu olmasını arzulayıblar. Tədbir maraqlı musiqi və mahnılarla yekunlaşıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz