Orta məktəbdə elmi-praktik konfrans

20 aprel 2016 –“ cı il tarixində Təzəkənd kənd tam orta məktəbində “Ümumi təhsilin müasir kurikulumları və innovativ təlim texnologiyaları” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbirdə RTŞ-nin aparıcı məsləhətçisi Şəfaqət Rəsulov, metodistlər Xalid Allahverdiyev, Güllübəyim Cərullayeva və ümumtəhsil məktəblərinin ibtidai sinif müəllimləri iştirak ediblər.
 Orta məktəbdə elmi-praktik konfrans
Təzəkənd kənd tam orta məktəbinin ibtidai sinif müəllimlərinin müasir təlim metodlları ilə tədris etdikləri dərslər dinlənilib təhlil olunduqdan sonra, dəyirmi masa təşkil olunub. Tədbiri giriş sözü ilə açan Təzəkənd kənd tam orta məktəbinin direktoru Elxan Bədəlov qonaqları salamladıqdan sonra iclası açıq elan edib. Məktəbin ibtidai sinif müəllimi Yasəmən Nəcəfova “Azərbaycan dili dərslərində interaktiv təlim metodlarından necə istifadə edirəm” mövzusunda məruzə ilə çıxış edib. Sonra E.Bədəlov “İbtidai təhsil –“ nailiyyətlər, problemlər”, tədris işləri üzrə direktor müavini Qalib Ağayev “Təlim prosesində müəllim-şagird münasibətlərinin rolu” mövzusunda çıxış ediblər.
Sonda müəllimləri düşündürən bir sıra məsələlər müzakirə olunub.
X.Allahverdiyev,
RTŞ-nin metodisti

Şərh Yaz