Təhsil işçilərinin şahmat yarışı

22 aprel 2016-cı il tarixdə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsi Rayon Təhsil Şöbəsi ilə birgə müəllimlər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə şahmat yarışı keçirib. Tədbirdə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsisinin sədri Hafiz Kərimov, Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Nəsimi Teymurov çıxış edərək Ulu öndərin həyat və fəaliyyətindən danışmış və yarış iştirakçılarına uğurlar arzulamışlar.
Təhsil işçilərinin şahmat yarışı
Yarışda 25 nəfərdən çox təhsil işçisi bu qədim intellektual idman yarışında güclərini sınayıb. Gərgin keçən yarışda I yeri Niftalıyev Cahangir, II yeri Səfərov Famil, III yeri Rzayev Şərafəddin, IV həvəsləndirici yeri Mirzəyev Arif qazanıb. Sonda qaliblərə Rayon Təhsil Şöbəsi və Həmkarlar İttifaqı Rayon Komitəsinin diplom və pul mükafatı verilib. Qalib gələn Niftalıyev Cahangir may ayında keçiriləcək Respublika turunda iştirak etmək hüququ qazanıb.
T.Haşımov

Şərh Yaz