Dərsliyə baxış keçirilib

8 aprel 2016-cı il tarixdə İsmayıllı Rayon Təhsil Şöbəsində yeni təhsil proqramları əsasında 9-cu siniflər üçün tərtib edilmiş və 2016-2017-ci tədris ilində ilk dəfə istifadəyə veriləcək dərsliklərin çap edilməmişdən öncə təkmilləşdirilməsi məqsədilə qabaqcıl biologiya müəllimlərin iştirakı ilə dəyirmi masa keçirilib. Dərsliyə baxış keçirilib
Tədbirdə RTŞ-nin metodisti, bu sətirlərin müəllifi Sevda İsmayılova, səhərin 2 nömrəli tam orta məktəbi istisna olmaqla 1-6 nömrəli tam orta məktəblərinin qabaqcıl fənn müəllimləri iştirak ediblər.
Əvvəlcə www.e-resurs.az saytında biologiya dərsliyinə baxış keçirilib, dərslik haqqında müəllimlərin fikirləri dinlənilib.
Sonda biologiya dərsliyinin pedoqoji heyət tərəfindən diqqətlə oxunması və qabaqcıl müəllimlər tərəfindən yeni dərslik layihəsi vasitəsilə sınaq dərslərin keçirilməsi nəzərdə tutulub. Bunların əsasında dərslik layihəsinin fənn kurikuluma və dövlət standartlarına, şagirdlərin yaş səviyyəsinə uyğunluğu, elmi-metodiki, dil və yazı üslubu cəhətdən düzgünlüyün təmin etmək üçün təklif və iradların qısa müddətdə toplanıb, dərslik@.edu.qov.az elektron poçtuna göndərilməsi barədə fikir formalaşıb.
S.İsmayılova

Şərh Yaz