“Vətən daşı” poemasının təqdimatı keçirilib

Torpağı yad əldə qalan şairin,
Silaha, mərmiyə dönməsə şeiri.
Hər sözü olsa da bal kimi şirin,
Xalqa nə xeyri var, yurda nə xeyri.
Zəlimxan Yaqub
Beynəlxalq Mətbuat Mərkəzinin zalında Azərbaycan Gənc Diplomatlar Birliyinin təşkilatçılığı ilə şair-publisist Azər Hacıbəylinin “Vətən daşı” poemasının təqdimat mərasimi keçirilib.
Təqdimat öncəsi poema və müəllif haqqında məlumat verilib.
“Vətən daşı” poemasının təqdimatı keçirilib
Azər Hacıbəyli, 1971-ci ildə anadan olub. BDU-nun məzunu, filoloqdur. Elmi-pedaqoji, publisistik fəaliyyətlə və bədii yaradıcılıqla məşğuldur. “Qarda çiçəklər” şeirlər kitabının, hərbi-vətənpərvərlik mövzusunda yazılmış “Doxsan dördün payızı”, “Vətən daşı” və “Addım at!” poemalarının müəllifidir. Fevral ayının 6-da isə müəllifin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova ithaf etdiyi “Addım at!” poemasının təqdimat mərasimi keçirilib.
Təqdimat zamanı qeyd olunub ki, oxuculara təqdim edilən “Vətən daşı” poeması xalqımızın qəhrəmanlıq tarixini əks etdirir. 1992-ci ilin may ayında Naxçıvanın Sədərək rayonu uğrunda erməni qəsbkarları ilə ölüm-dirim savaşında şəhid olmuş qəhrəmanların əziz xatirəsinə ithaf olunmuş poemanın adı xalq şairi Məmməd Araz poeziyasının nümunəsi olan “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” ifadəsinin bir hissəsidir.
Г‡ıxışlarda vurğulanıb ki, zəfər tariximiz olan Sədərək döyüşlərini daim yad etmək lazımdır. Г‡ünki, bir vaxt Sədərək uğrunda döyüşlərdə məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi sayəsində həm düşmənlə üz-üzə hərbi əməliyyatlarda, həm də psiВ¬xoloji və informasiya savaşında Azərbaycan qalib çıxıb. Ulu öndər Sədərək və səВ¬dərəklilər baВ¬rəsində demişdir: “MuxВ¬tar Respublikanın sərhəd kəndВ¬ləri dəВ¬fələrlə silahlı təcavüzə məruz qalmışВ¬dır. Lakin biz hamımız yaxşı bilirik ki, əsas ağırlıq Sədərəyin üzərinə düşВ¬müşВ¬dür. Sədərək Naxçıvanın qeyrət qalasıВ¬dır”.
Müəllif qeyd edir ki, biz hamımız Prezidentimiz, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev cənablarının əmr edən anda Vətən uğrunda düşmənlə döyüşə girməyə hazır olmalıyıq. Müdrik və qətiyyətli Prezidentimiz hər məsələnin vaxtını dəqiq bilir. Xalqımızın taleyüklü məsələsi –“ torpaqlarımızın düşmən işğalından azad edilməsinin danışıqlar və sülh yolu ilə həlli resurslarının tükənəcəyi təqdirdə bir azərbaycanlı kimi o da Ali Baş Komandanın əmrilə istənilən vaxt düşmənlərimizin üzərinə getməyə, qələmi süngü ilə əvəz etməyə hazırdır. Düşmənlər bilməlidir ki, xalqımızın haqq işi mütləq həllini tapacaqdır. Əsər nikbin çalarlarla –“ qələbə və zəfər notları ilə yekunlaşır:
Nikbin yaşamağa vardır haqqımız,
Olsun nəsibimiz nurlu səhərlər!
Qələbə marşını biz yazacağıq,
Hələ qarşıdadır böyük zəfərlər!
Bəli, müəllif başqa igidlərimizdən dastan yazmaqda davam edir, öz əhdinə vəfalıdır. A.Hacıbəyli hal-hazırda Ağdam uğrunda gedən döyüşlərdə –“ Ağdamın işğalından bir gün öncə qəhrəmancasına həlak olmuş, Azərbaycanın Milli Qəhrəmanı Nadir Əliyev haqqında poema üzərində işləyir.
Hər bir azərbaycanlı, xüsusən də gənc nəsil üçün böyük töhfə olan “Vətən daşı” poeması inanırıq ki, qəlblərinizdə layiqli yerini tutacaqdır.
Azər Hacıbəyli bu günlərdə redaksiyamızın qonağı olub “Vətən daşı” və “Addım at!” kitablarını bizə və rayonun mərkəzi kitabxanasına hədiyyə edib.
Ş.Dağlaroğlu

Şərh Yaz