Uğurlarınız davamlı olsun

Aprel ayının 7-də İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin idman bazasında Gənclər və İdman Nazirliyinin “Şahin” hərbi-idman oyununun Əsasnaməsinə uyğun olaraq bu oyunların təntənəli rayon birinciliyi keçirilib.
Uğurlarınız davamlı olsun
Tədbiri Rayon İcra Hakimiyyəti məsul işçisi Murad Məhərrəmov açıb. O, mövcud vəziyyətdə gənclərin hərbi hazırlığının əhəmiyyətindən və gənclərin vətənpərvər ruhda tərbiyəsindən danışıb. Qarabağ uğrunda gedən savaşda zabit və əsgərlərimizin şücaət və qəhrəmanlıqlarından, vətəndaşlara bəxş etdikləri zəfər sevincindən söz açıb. RİH-nin rəsmisi yarış iştirakçılarına uğur arzulayıb.
19 komandanın iştirak etdiyi yarışda Diyallı kənd tam orta məktəbin komandası I, şəhər 1 nömrəli tam orta məktəbinin komandası II, Təzəkənd kənd tam orta məktəbinin komandası isə III yerə layiq görülüb.
Yarışın sonunda qalib komandalar və I yeri tutmuş komandanın hər bir üzvü rayon Gənclər və İdman İdarəsinin qiymətli hədiyyələri və diplomları ilə təltif ediliblər.
Diyallı məktəbinin “Şahin”ləri aprelin 21-də Şəki şəhərində keçiriləcək zona birinciliyində iştirak etmək hüququ qazanıb. Komandaya növbəti yarışlarda da uğurlar arzulayırıq.
Taleh Məhərrəmov

Şərh Yaz