Birliyin 3 yaşı tamam oldu

2013-cü ildə keçirilən qrant layihələr arasından qalib olan layihəyə əsasən, İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə həmin il yaz aylarından başlayaraq kompyuter mühəndisliyi, biznes plan, liderlik təlimi, veb dizayn, qrafik dizayn və ingilis dili kimi kurslar fəaliyyət göstərməyə və bu kurslara rayon gəncləri cəlb olunmağa başlandı. Keçirilən kursların sonunda layihənin əsas məqsədi və nəticəsi formalaşdı – İsmayıllı İnnovasiyalar Mərkəzi ictimai birliyi yarandı.Birliyin 3 yaşı tamam oldu
Könüllü gənclərimizdən ibarət bu birlik zamanla rayonun ictimai həyatında da yaxından iştirak etdi. Könüllü olaraq kurslar təşkil edib yeniyetmələrin, gənclərin savadlanması, rayonun ictimai həyatında daha fəal iştirak etmələkləri üçün səy göstərdilər. 2014-cü il dekabrın 1-də həmin gənc qrupun bir neçə üzvündən ibarət İSTECH MMC təşkil olundu. Bununla da təkcə rayonumuzda deyil, paytaxtda və digər rayonlarda texnologiya sahəsində uğurlara imza atıldı.
Rayonumuzda turizmin inkişafına dəstək üçün “lahıc.info” saytı yaradıldı. Daha sonra İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “go to ismaılly” İsmayıllı turizm portalı hazırlandı. Portal İsmayıllı rayonunun bütün turizm vasitələrini əhatə edərək iki dildə – Azərbaycan və ingilis dillərində hazırlanaraq İsmayıllı haqda geniş məlumatla zənginləşdirildi. Bütövlükdə, rayonumuzun tarixi, adət-ənənələri, yeməkləri, bitkiləri, mədəni və dini yerləri, turistik məkanları, inkişafı və bu kimi məlumatlarla yanaşı fotoşəkil və video çarxlar vasitəsilə də rahatlıqla əldə etmək, portaldan hətta istənilən sənətkarların əl işlərini izləyərək yerindəcə sifarişlər də vermək mümkündür.
Təkcə sosial şəbəkələrdə deyil, rayonun ictimai həyatında da birliyin bir sıra nailiyyətləri vardır. Birliyimiz rayon gəncləri ilə tez-tez görüşmək və rayonumuzun inkişafı, gənclərin mariflənməsi və bu gənclər arasında böyük birlik yaratmaq üçün 2014-cü ildə gənclərin yay və payız toplantılarını
təşkil edərək yarışlar, müsabiqələr, debatlar keçirdi. Bununla yanaşı birliyimiz rayonumuzda keçirdiyi flashmoblar və yeni il üçün təşkil olunmuş möhtəşəm maskalı ball ilə də rayon gəncləri üçün müasir əyləncələr də təşkil etdi. Birlik vaxtaşırı müsabiqələr, yarışlar təşkil edir, sosial şəbəkələrdə də gənclərin mariflənməsini, məlumatlandırılmasını təmin edir.
Bu gün birliyimizin 3 yaşı tamam olur. Mən, İsmayıllı İnnovasiyalar Mərkəzi ictimai birliyinin rəhbəri olaraq, birliyin bütün üzvlərini, təsisçilərimiz Emin Sadıqovu, Zaur Rəhimovu və müəllimlərimizi 3 yaşımız münasibəti ilə təbrik edir, üzvlərin hər birinə daha böyük uğurlar arzulayıram. Eyni
zamanda bütün fəaliyyətimiz müddətində bizdən dəstəyini əsirgəməydiyi üçün cənab başçı Mirdaməd Sadıqov başda olmaqla İsmayıllı Rayon İcra Hakimiyyətinin işçi kollektivinə və Gənclər və İdman İdarəsinə öz təşəkkürmü bildirirəm.
Valeh Əliyev,
İsmayıllı İnnovasiyalar Mərkəzi ictimai birliyinin sədri

Şərh Yaz