Təlim-məşğələ keçirilib

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın bəndlərinə müvafiq olaraq, narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə təlimçilər hazırlanması üçün Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu İsmayıllı Rayon İcra Hakimiyyəti ilə birgə Daxili İşlər və Səhiyyə Nazirliklərinin, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə 13 aprel 2016-cı il tarixdə İsmayıllı rayonunda Rayon Komissiyasının üzvləri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi və uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu, orta təhsil məktəblərinin direktor müavinləri (təlim-tərbiyə işləri üzrə), psixoloqları və tibb işçiləri üçün təlim-məşğələ keçirilib.Təlim-məşğələ keçirilib
Təlimdə aidiyyəti dövlət orqanlarının nümayəndələri çıxış edərək narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, narkomanlıqla bağlı hüquqpozmalara meyilli olan yetkinlik yaşına çatmayanların və gənclərin təhsil aldığı inzibati ərazilər üzrə yerli icra hakimiyyəti və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi, təhsil müəssisələrində təhsil işçiləri, məktəblilər və tələbələr arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin əhaliyə izah edilməsi, şagird və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədi ilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarınınqanunsuz dövriyyəsinə və narkomanlığa qarşı kütləvi idman və bilik yarışlarının keçirilməsi istiqamətində müvafiq işlərin davam etdirilməsinin zəruriliyi barədə təlim iştirakşıları məlumatlandırılıb.
Təlim-məşğələ keçirilib
Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış xüsusi qovluqlarda “Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür”, “Narkomaniyanın hədəfinə çevrilməmək naminə sağlam həyat tərzi seçin”, “Sağlam olmaq naminə narkotikə yox deməyə cəsarətli ol”, “Övladlarimizi narkotiklərdən qoruyaq və gələcəyimizi xilas edək” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri, sosial video çarxlar və digər təbliğat materialları (elektron formada CD disk şəklində) təlim iştirakçılarına verilib.
Təlim-məşğələ keçirilib
Təlim-məşğələnin gedişində İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev və RİH-nin Hüquq şöbəsinin müdiri Xətai Abbasov da iştirak edib.
Ş.Soltanov

Şərh Yaz