Nağıllar səhnələşdirilir

İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində İsmayıllı şəhər 1 saylı körpələr evinin körpə fidanlarının iştirakı ilə “Hecalı nağıllar” silsiləsindən “Göyərçinin nağılı” səhnələşdirilib.
Nağıllar səhnələşdirilir
Tədbiri giriş sözü ilə açan Kitabxananın müdiri Rəna Əzimova belə tədbirlərin çox olmasının vacibliyini bildirib. Tədbirin təşkilatçısı, Uşaq kitabxanasının əməkdaşı İnqa Namazova kiçik tamaşada nümayiş etdirilən personajların xüsusi tərbiyəvi əhəmiyyət kəsb etməsindən danışıb. Özünəməxsus xüsusiyyətləri ilə seçilən nağıl saatı tamaşanı izləyən müəllim, şagird və valideynlərin əyləncəsinə rəng qatıb və coşqu ilə qarşılanıb.
E.Qasımova

Şərh Yaz