İsmayıllıda xeyriyyə aksiyası keçirilib
Aprel ayının 13-də İsmayıllı Rayon Uşaq Poliklinikasında keçirilən xeyriyyə aksiyasına rayon sakinləri, əsasən də imkansız ailələr müayinələrə cəlb edilib. Müayinəni əsasən poliklinikanın həkim briqadası və Respublika Klinik Xəstəxanasının pediatr-hematoloqu, Tibb üzrə fəlsəfə doktoru Sevinc Əlifəttahzadə aparıb. ![]()
Rayonda yaşayan imkansız ailələrin üzvləri “Açıq qapı” xeyriyyə aksiyasında ödənişsiz tam tibbi müayinə xidmətindən faydalanıblar. Aksiyanın davamı olaraq rayonun uşaq bağçalarında da müayinələr aparılıb.
Elnarə Günəş
