Məktəbdə elmi-praktik konfrans

Milli-mənəvi dəyərlərimizin təbliği və yetişən nəslin onlara sədaqət ruhunda tərbiyələnməsi, zaman-zaman onların qorunması, inkişaf etdirilməsi, gələcək nəsillərə ötürülməsi xalqımızın müqəddəs işi olmuşdur. Mütəmadi olaraq dövlət səviyyəsində keçirilən tədbirlər bunun bariz nümunəsidir.
Bu mənada İsmayıllı Rayon Təhsil Şöbəsinin keçirdiyi silsilə tədbirlər də xüsusi əhəmiyyət daşıyır.
Həmin tədbirlərə uyğun olaraq Təzəkənd kənd tam orta məktəbində “Milli-mənəvi dəyərlərimiz Bəxtiyar Vahabzadə yaradıcılığında“ adlı elmi-praktik konfrans keçirilib. Konfransı giriş sözü ilə məktəbin tərbiyə işləri üzrə direktor müavini Ağalar Bədəlov açaraq iştirakçıları salamlayıb, dil-ədəbiyyat müəllimi Səmayə Rəhimova mövzu ilə bağlı məruzə edib. Rayon Təhsil Şöbəsinin metodistləri, bu sətirlərin müəllifi Rəna Mirzəliyeva, Rəşid Məmmədov, Lahıc qəsəbə tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Dadaş Əliyev, Minkə kənd ümumi orta məktəbinin direktoru Rəsul Məmmədov mövzu ilə bağlı fikir və mülahizələrini söyləyiblər. Məktəbin dil-ədəbiyyat müəllimi Mənsurə Ələkbərovanın rəhbərliyi ilə hazırlanmış kompozisiya iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Rəna Mirzəliyeva,
Rayon Təhsil Şöbəsinin metodisti

Şərh Yaz