Kommunal müəssisədə bayram tədbiri

Mart ayının 7-də İsmayıllı Rayon Kommunal Müəssisələri Kombinatında Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin İsmayıllı Rayon Komitəsininin təşəbbüsü və təşkilatçılığı ilə 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr edilən tədbir keçirilib.
Kommunal müəssisədə bayram tədbiri
İsmayıllı Rayon Kommunal Müəssisələri Kombinatının rəisi Vidadi Məmmədov tarixi günün yaranmasından, Azərbaycan qadınlarının mərdlik və mübarizliyi, xüsusilə də zəhmətkeşliyi barədə fikirlər söyləyib. O, müəssisədə qadınların hər zaman böyük zəhmətlə çalışdığını dilə gətirib, İsmayıllının təmiz şəhər kimi tanınmasında onların göstərdiyi fədakarlıqdan danışıb, bayramları münasibəti ilə onları təbrik edib.
Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin İsmayıllı rayon təşkilatının sədri Zahid Əkbərov dövlət tərəfindən qadınlara göstərilən diqqət və qayğıdan söz açıb. KMK-da çalışan qadınların əmək şəraitindəki çətinliklərdən danışan komitə sədri çəkilən zəhmətin həmişə diqqətdə saxlandığını və dəyərləndirildiyini vurğulayıb.
Sözün həqiqi mənasında, şəhərin sanitarları olan bu qadınlar onlara göstərilən diqqətə görə minnətdarlıq ediblər. Sonda müəssisənin bütün qadın işçilərinə hədiyyələr verilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz