Bir meşəli dağ ola…

Şair Maarif Soltanın 60 illiyinə
Ötən əsrin yetmişinci illərində ədəbiyyatımıza dabanqırma gənclər gəlməkdə idilər. Bu bir amerikalının amerikalılar haqqında dediklərinə çox bənzəyirdi: gömrükdən keçənlər keçməyənlərə, qeydiyyat almayanlar gömrüyü keçənlərə, yaşamaq hüququ almayanlar qeydiyyatı olanlara, vətəndaşlıq hüququ almayanlar isə icazəlilərə, həmçinin köklü amerikalılar yeni vətəndaşlıq almışlara üstənaşağı həqarətlə baxırlar. Bizim ədəbiyyatımızda da belə idi. Mən o zaman ədəbiyyatın gömrük keçidindən o tərəfə keçmişlərdən idim.
Bir meşəli dağ ola...
Ara-sıra çap olunur, özünə inam hiss edir, kommunist təbiri ilə desək, nikbin addımlarla ədəbiyyat aləmində irəliləyirdim. Bu zamanlarda cavan bir oğlanla tanış oldum. Lenin kitabxanasındakı ədəbiyyat dərnəyinə gəlirdi. (İndiki Prezident kitabxanası) O zaman dərnəyimizi “Əmi” deyib sevdiyimiz şair Söhrab Tahir aparırdı. Mən də bir “qocaman” dərnək üzvü kimi özümü sərbəst duyanlardan idim. Artıq Ağacavad Əlizadə kimi məhşur ədəbiyyat dərnəyi məktəbini keçmişdim. Bu dərnəkdən Г‡.Əlioğlu, R.Rövşən, V.Əziz, N.Kəsəmənli, S.Səxavət, M.Ələkbərli, Tahir Qurbanov, V.Cəbrayılzadə, Y.Novruz, V.Bəhmənli, A.Həsənli, Z.Yaqubov, S.Sarvan və s. kimi ədəbiyyata aid adamlar çıxmışdılar və yaxud da çıxmaqda idilər. Bir gün dərnək məşğələsindən sonra bəstəboy, qara gözlü, dalğalı saçları qara parlaq gözlərinin üstünə tökülmüş utancaq bir oğlanla tanış olduq:
– Maarif Qəniyev. Atamın da adı Soltandır, dedi. Mən zarafatla: belə çıxır ki, adınla qohumuq dedim. Güldü, bir şeir oxumaq istədiyini bildirdi. Nizami bağındakı bir skamyada əyləşdik. Maarif nədənsə bir az sıxıla-sıxıla oxudu. Şeir yaddaşımda təxminən belə qalıb:
Bağır dayı,
Bağır dayı,
Gözləri bir az dumanlı,
Qulaqları ağır dayı!
Bağır dayı, bağır, dayı,
Girdiman lil axır, dayı…
41-dən geri dönməyən
Oğulları çağır, dayı!
Maarifin şeirini dinlədikcə Arazdan-Kürdən başqa çay tanımayan şairlər, onu da yalnız xəritədə görmüşlər yadıma düşdü. Sanki Girdimançayın boz-bulanlıq suları məcrasını aşıb-daşırdı və bu hay-haray, sönməyən bağırtıları da hardasa qürbət ellərdə torpaqlara gömülmüş vətən oğullarını eşitməyə qoymurdu. Eşitsələr, sanki qalxıb dönəsi idilər–¦
Bir neçə şeirinə də qulaq asdım. İşini-peşəni bilmirəm, amma sən şairsən, dedim, özü də çox gözəl təbin var, bu hər adamda olmur. Məlum oldu ki, metroda fəhlə işləyir.”Sən də şeirin fəhləsisən, qardaş. Məlikməmməd kimi divlərlə vuruşa-vuruşa bir yana çıxarsan inşallah!”- dedim. Sonralar mən Moskvaya üz tutmalı oldum. Maarif Qəniyev də Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun tələbəsi oldu. Bitirdi. Balaca bir kitabı da çıxdı. Sonralar önündə açılan imkanlara baxmayaraq, elə ara-sıra çap olunmaqla kifayətləndi. Bu təvazökar insan, gözəl ailə başcısı, iki oğul atası, “Qobustan” jurnalının texniki redaktorluğundan başlayıb tez bir zamanda şöbə müdiri, sonra məsul katibi, daha sonra baş redaktorun müavini olan təvazökarlıq etalonudur sanki.
Həmişə fəxr etdiyi arıçılıqla məşğul olmuş, bədən tərbiyəsi müəllimi olan rəhmətlik atası Soltan müəllimin ona verdiyi mənəvi tərbiyə halalı olsun! Vaqif Bəhmənli çox yerində söyləmiş ona: şeirimizin bal arısı. “Qoca” deməyə dilim gəlmir, 60 yaş nədir ki, qardaş, mən də o təpəni aşıb keçmişəm deyə, bilirəm… Sən Maarif Qəniyev kimi doğuldun, ədəbiyyatımıza gəldin, öz qələminlə Maarif Soltan oldun. Ömür xurcununun bir gözü dolub hələ, birini də şeirinlə, sözünlə-söhbətinlə doldur ki, çiynindən aşmasın. Arı kimi saf duyğular şairi.
“Dünyaya açılan qapı” (Bakı 2006, “Yurd” nəşriyyatı) adlı kitabı vərəqləyirəm. Kitaba ön söz kimi mərhum şairimiz İsa İsmayılzadənin bir zamanlar Maarif haqqında yazdığı düşüncələri verilib. Mən qəsdən kitabı oxuyub bitirdikdən və bu düşüncələrimi qələmə aldıqdan sonra o qeydləri oxudum. Kimsənin, hətta həssas bir şairin də mənim öz görüm bucağımı dəyişdirməməsi üçün və İsa İsmayılzadənin Maarif Soltan haqqında dediklərini deyil, ümumiyyətlə, həyatını sözə, yaradıcılığa həsr etmiş hər bir insan haqqında, elə İsanın özünə də aid olan, bir yadigarlıq ola biləcək sözlərini olduğu kimi gətirirəm:
“Ürəyimizin ən dərin qatlarından baş qaldıran həyəcan dolu burulğan qızıl qanımızı isidə-isidə, damarımızda çağlaya-çağlaya səssiz bir qışqırıqla üzə çıxınca, adama elə gəlir ki, əbədiyyət deyilən bir yolu başa vurur”.
Əslində hər bir şair də beləcə əbədiyyət yolunun yolçusudur. O yol da gəlib bir gün bir qapıdan keçir. Ona görə də Maarif Soltanın da şeir kitabı simvolik bir məna daşıyan “Qapı” şeiri ilə açılır. Bu həm də bir bəxt-tale qapısıdır. Hər bir insan da kimliyindən asılı olmayaraq, nə zamansa belə bir qapının önündə dayanır, kimi boynunu bükür, kimi də düşünə-düşünə bizi də düşünməyə vadar edir:
Üzümə örtülən qapı,
Fələk səni yaman vurub!
Bu üzündə mən durmuşam,
O üzündə kimlər durub?
Və burada görürsən ki, lirik qəhrəmanın özünə yazığı gəlməyin əvəzinə, o qapıya yazığı gəlir. Bu əsil şair düşüncəsidir. Bir uşaq marağı ilə qapının o üzündə kimlərin nə işlər gördüyünü bilmək istəyir. Amma bu zərifliyin, kövrəkliyin elə bir həddinə çatır ki, passiv şikayətdən aktiv etiraz başlayır:
Üzümə örtülən qapı,
Haçandı döyürəm səni.
Vururam, təpikləyirəm ,
Г‡ırpıram, söyürəm səni.
Ömrün dörd fəsli kimi dörd hissəyə bölünmüş bu sillsilə şeirlər sanki elə Məlikməmmədin keçdiyi qapılardandır. Adi qapı obrazından bəhrələnən şair lirik bir ovqatla haldan-hala düşür, bizi də bir canlı şahid kimi yanınca apara bilir.
Mən özüm də bir qapıyam,
Ağrı-acı məndən keçir.
Sevinc minir bir boz atı,
Г‡apır, çapır gendən keçir.
“Mən özüm də bir qapıyam” deyimi şeiri adi ritorik məcradan çıxarmaqla ona lirik-fəlsəfi bir məna verir. Döyülən-söyülən elə lirik qəhramanın özüymüş, qapıların açılmaq sirrinin bir qismini elə özündə görə bilmək şair müdrikliyidir. Bir-iki cızmaqara edib forsundan dünyaya sığmayanlara nə gözəllərlə vuruşan Məlikməmmədi xatırlatmırmı? Nə qədər gendən getsə də sonda yenə bu qapını döyəcəyi bəllidir. Silsilə kimi nəzərdə tutulmuş dörd hissəli bu şeir bitkin bir poema təsiri bağışlayır. Belinski Puşkinin şeirlərindən söz açarkən, çox vaxt onun şeirlərini tam şəkildə verirdi. Bəzi ağzıgöyçəklər elə bilirdilər ki, ya söz tapa bilmir, məqaləni uzadır, ya da bayağı qonorar xatirinə edir. Əslində heç biri deyildi!
Mətn parçalananda məna itir, ona görə. “Qapı” şeirini tam sitat gətirməkdən vaz keçirəm, amma bir parça nümunə gərəklidir, başqa cür alınmır:
Üzümə örtülən qapı…
Burax məni, burax məni o üzə,
Bir aylı gecəyə, nurlu gündüzə,
Lalə dolu, ilxı dolu bir düzə!
Bəlkə o üzündə rüşvət, xəyanət,
Oğurluq, paxıllıq yoxdu, kim bilir.
Bəlkə o tərəfin təmizdi elə,
Bəlkə o tərəfin Təbrizdi elə?!
Burada müqayisə oluna bilməyəcək predmetlərin müqayisəsi, Təbriz yolunun təmizlikdən, özü də mənəvi təmizlikdən keçməsi şairin mənəvi yüksəklikdən görə bildiyi poetik yüksəklikdir. Nə gözəl bir qapı göstərir bizə, o paklığı qəlbində yaşada bilən şair.Yaradıcılığının erkən dövründə yazdığı bu şeiri Maarifin sanki həyat və sənət proqramı olub.
Hər oxuduğum şeirindən bəhs etməli olsam, məqaləmiz bitmək bilməz. Ona görə mən də Şərif müəllimə yazdığın məktuba imza atmağa hazıram, mən də sənə qoşulub “Dua” edirəm:
Nə şöhrət umuram, nə dövlət, nə var,
Nə də ki, istəyim uzun ömürdür.
Mənim Allahımdan bir diləyim var,
Allahım, sən məni vaxtında öldür!
Bu dualar nə qədər özündən müştəbeh “xəstələrin” dərmanıdır. O xəstələr ki, tövbə etməyə macal tapmayan Firon kimi bu misraları oxuya bilməzlər, yaza bilməzlər:
Qazanmadım haram, yemədim haram,
Mən sadə yaşadım, mən sadə varam.
Ölümü də sadə arzulayıram,
Allahım…
“Baba dağın təpəsindən” dünyanı seyr edən şair “böyüyə-böyüyə kiçilən” insanların halına yanır, “dərdi böyük bir xalqın” qəm yükünü daşıyır, “Neyləməli?” sualından doğulan cavabları axtarır:
Г‡örək qazanmalı, ata olmalı,
Dözməli, yaşamalı qardaş, yaşamalı.
İlhamını gözəli Vətəndən alan şair, onun göyündəki günəşi, ayı, ulduzu, buludu, Allahı, xırdaca quşları və ulduzları, yerdəki qızlarını, bığıburmalarını, çaylarını, dağlarını və bunların arasına pərçimlənmiş göz düşmənlərinə kimi bir-birindən ayrılmaz vəhdətdə olanları sevmək zorundadır.(Gözəlim Vətən.)
Yalançı sevgilərlə Vətən uğrunda “ölməyə hazır” olanlardan fərqli olaraq, Maarifin lirik qəhrəmanı vətən uğrunda boğazdan yuxarı qışqırmayan, gündəlik borcunu ödəyən sadə bir insandır:
Yuxusuz qalıram, işsiz qalıram,
Qapılar döyürəm sənin uğrunda..
Ağrılarıma ümidimi məlhəm qoyuram,
Ürəyimi qoruyuram –“ sənin uğrunda..
Əlimdən başqa nə gəlir…
Məni qınama, Vətən.
Bəzən düşünürsən ki, elə sənin qəlbinin içindən xəbər verir bu şair, hardan bilir dərdlərini, hardan bilir, bir kimsəyə açmadığın sirlərini?! Ordan, Baba dağın zirvəsindən baxa bilən nələr görməz?! Məmmədhəsən əminin dərdinə şərik çıxan şairin dərdi çox eşşəklərin gücü çatmayacaq yükdür. Г‡ünki, oğurlanmış, satılmış torpaqların ağırlığını başları axurdan ayrılmayanlar nə bilsin…
“…Şəhidlərimiz qara torpaqları qanlarıyla suvarıb özlərini əkdilər boş əkin yerlərinə”. “Atəşkəs” adıyla parçalanmış torpaqlarımızın panoramını göstərdi sanki mənə bu misralar–¦ Getdiyi yollarda hərdən təntiyib-tövşüyən, hərdən narahatlıq keçirən lirik qəhrəman ən çətin anlarında da üzünü ucalığa tutur:
Bu yol görən hara gedir, ilahi?…
Enişəmi, yoxuşamı, düzəmi,
Bizəmi –“ Təbrizəmi?
Məbədə getmirsə, hara gedir bəs? (“Bu yol”)
Bu yol şairin tutduğu ümid yolu, inam yolu, əzablı-sevincli ömür yolu, yaradıcılıq yoludur…
Bu yol “yaşıl-sarı”donlu ağacların – qızların yanından keçdikcə yaşıl-sarı günlərin –“ yarparqların ətrinə bürünür. Gördüyü, tanıdığı insanlara həssas münasibəti onu taleyin budaqlardan yarpaq kimi qoparıb apardığı bu insanlar haqqında yazmağa məcbur edir.
“Dünən bir xəbər gəldi,
Bir ölüm xəbəri gəldi Bakıdan.
Əvvəlcə inanmadım,
Sonra gözlərimdə yaş
Heç bilmirəm, nədənsə
Arıları düşündüm,
Düşündüm ulduzları.
Gövdəli çinarlar yadıma düşdü.
(“Rəsul Rzanın xatirəsinə”),
“O, köhnə kişi idi,
O, uzaq səfərlər kapitanıydı…
“Elegiya” (İshaq İbrahimovun xatirəsinə)
“ Elə bil uçurdun səmalarda sən
Yarı yolda qopdu, sındı qanadın.
Adın kimi aydın idi hər işin,
Bircə bu ölümün aydın olmadı.
(Aydın Səlimzadənin xatirəsinə)
“Heç on doqquz yaşın tamam olmamış,
Yoxluğun sinəmdə yaraya döndü.
Köçdün bu dünyadan Novruz axşamı –“
Əziz bayramımız qaraya döndü.
(“Bacım qızı Afaqın xatirəsnə”)
Bu qəmli notlarına baxmayaraq, bütövlükdə Maarif Soltanın şeirləri nikbin, həyatsevər və incə bir yumorla yazılmışdır. “Ürəyi bal dolu bir pətək” olan şairin çoxbilmişliyi orasındadır ki, öz pak uşaq sadəlövhlüyündən qəsdən ayrılmaq istəmir. Həyatın özünü gözə soxan bicliklərinə göz yumub görmək-bilmək istəmir. Ömrünün yetkinlik çağına qədəm qoymuş qələm dostumuz sanki bizi də tovlayıb özünə yoldaş olmağa çağırır.
Г‡ox şeyi bilmirəm mən bu yaşımda.
Bu da belə bir ağıldı başımda.
Bu üstüörtülü deyilən “çox şey” əslində şairin çox gözəl bildiyi, ancaq vicdan süzgəcindən keçirə bilmədiyi xüsusiyyətlərdir. O, hələ də səmimiyyət bilir, yaltaqlıq bilmir, təvazökarlıq bilir, gözəgirmək bilmir–¦ Onun lirik qəhrəmanı bəzən belə gileylənir:
”Г‡atmadı sənə imdadım,
üstümdən keçib adladın.
Od vurub məni odladın,
Gəzirsən gözümdə məni.
(“Aşıqsayağı”)
O ah-uf edib səhralara düşənlərdən deyil, bir zarafat duyumlu oğlandır:
“Sərv boylu gözəllərin
Boyları boyumdan uzun.
Gözləri gözümdən iri,
Qolları qolumdan uzun”.
Yaxud da sevgilisindən ayrılan gəncin keçirdiyi hisslər:
“Göy üzünü bulud aldı,
Dünya buluda qaldı.
Dünya kiçildi, daraldı –“
Sıxdı məni, sıxdı məni.”
(“Sən gedən günü”)
Bir haşiyə çıxmalı oluram. Maarifin bu şeirindən bəhs edəkən bir haşiyə çıxmalıyam. Yoxsa, bir az qaranlıq qalardı. Г‡ünki, ədəbiyyatımızın yetmişinci illərindən xəbəri olanların bu mövzuda nəhənglərin dediyini unutmayıblar.
Sən getdin, elə bil dünya boşaldı,
Yaz da köçüb getdi, yeri boş qaldı–¦
(Bəxtiyar Vahabzadə)
Ustad şairin elə bu iki misrası da kifayətdir ki, cavanlar bir daha o səmtə üz tutmasınlar. Yaxud da XX əsrdə Azərbaycanın ilk kosmosa boylanan şairi Əli Kərimin misraları:
Həsrətin araya atdı dağ-dərə,
Sönən işıq oldun, batan səs oldun.
Maarif Soltan öz görümü, öz duyumu olan şairdir, bir arıdır, tullantılardan təkrar istehsal edib bəzəkli qutularda ortalığa çıxaranlardan deyil. İlk şeirlərində hamı kimi müəyyən təsirlərə, meyllərə qapılsa da o tez ötüb keçdi, şair yenə də özünə qayıda bildi. “Nəsənsə özün ol, təzəsən onda!” vəsiyyət- tövsiyə (B.Vahabzadə) ədəbiyyat aləmi üçün əbədidir. Məsəl üçün, şərq ədəbiyyatında hamı üçün ortaq bir ifadə olan və özlüyündə o qədər də böyük bir bədii tutum daşımayan “gözəl”, “gözəlim” ifadəsini dahilər dahisi (“ərbabi istedad” M.F.) Füzulidən sonra Əliağa Vahid yeni bir təşəbbüslə zənginləşdirməkdə idi. Bu ifadə yeni ədəbiyyatımıza Vaqif Cəbrayılzadə tərəfindən yeni bir reklam kimi gəldi. “Gözəlim dünya”, “gözəlim vətən” və s. kimi. Vaqif sanki yol qırağında düşüb qalmış (şübhəsiz ki, poeziya yolu) köhnə bir əşyanı tapıb ondan təzə bir şey düzəltdi və çoxlarını da bəhsəbəhsə saldı–¦
Maarif də o hay-küyə düşmüşdü, (“Gözəlim vətən” şeiri) amma tez çıxa bildi. Analoji bir hal Nazim Hikmət haqqında da demək olar ki, şeirimizin böyük bir nəsli o kişinin yaradıcılığından (N.Hikmətin) bəhrələnmiş və bəhrələnməkdədir. Təəssüf ki, bəhrələnmə bəzən açıq plaqiata çevrilir ki, bu da al-qap zəmanəsində o qədər də təəccüblü deyil. Г‡ünki, xalqın milli sərvətləri açıq-aşkar, həyasızcasına qarət-talan edilərkən, bəzi şairlər də bu “proseslərdən” geri qalmayaraq kiminsə misralarını, poetik fikirlərini çırpışdırmaqda heç bir pis şey görmürlər və o da çox vaxt ya klip kimi çıxır, ya da ağ şalvarda qara yamaq kimi, özü də pis yerində.
Ömrünün 60 ilini kövrək və duyğulu bir ürəklə qarşılayan qələm dostumuz haqqında düşüncələrimi elə onun öz sözləri ilə bitirmək istəyirəm
“ … Bir meşəli dağ ola,
Oturub təpəsində baxasan bu dünyaya.
Və gözünə görünməyə
görmək istəmədiklərin.
Sonra da qışqırasan:
Sevirəm səni , DÜNYA!..”
Dünya əslində gözəl insanları ilə sevdirir özünü. Maarif Soltan da Dünyanı sevən və sevdirən bir şairdir.
Əziz dost, qələmin yazarlı, ürəyin təpərli, ilhamın köhlən olsun həmişə, dünyaya yüksəkliklərdən baxmağa can atan şair! Altmış ilin əl-ələ vermiş altmış dost kimi bürüsün səni, qorusun səni! Hər şairə, hər sənətkara qismət olmayan Müdriklik yaşın mübarək! Səni ürəkdən təbrik edir, uzun ömür, can sağlığı, yardıclığında yeni-yeni uğurlar və dövlətimizdən fəxri bir ad arzu edirəm!
Sultan Mərzili,
mart, 2016, Moskva

Şərh Yaz