Portretini yaradan şair

Maarif Soltan – 60
Mayası zəhmətdən, halallıqdan yoğurulmuş həmyerlimiz, şair dostumuz Maarif Soltan uzun illərdir ki, bədii yaradıcılıqla məşğul olur. Maarif Soltan diqqəti cəlb etmək məqsədi güdməsə də, hərdən üzə çıxardığı incilərlə oxucu diqqətini özünə çəkir. Bu isə bir qələm sahibi üçün böyük səadətdir. Maarif Soltan bu səadətə çata-çata artıq 60 yaşın astanasına qədər gəlib çıxıb. Maarif Soltan bu 60 ildə dostlarının, qohumlarının, yaxınlarının və öz oxucularının qəlbini bir şair, bir insan kimi fəth etməyi yaxşı bacarıb. Maarif Soltanın yaradıcılığına nəzər saldıqda gözümüz önündə onun bir şair, bir ziyalı və nəhayət, əsil bir insan portreti canlanır. Oxucu istər-istəməz onu şeirləri ilə tanıyır.
Portretini yaradan şairMaarif Soltan – 60
Mayası zəhmətdən, halallıqdan yoğurulmuş həmyerlimiz, şair dostumuz Maarif Soltan uzun illərdir ki, bədii yaradıcılıqla məşğul olur. Maarif Soltan diqqəti cəlb etmək məqsədi güdməsə də, hərdən üzə çıxardığı incilərlə oxucu diqqətini özünə çəkir. Bu isə bir qələm sahibi üçün böyük səadətdir. Maarif Soltan bu səadətə çata-çata artıq 60 yaşın astanasına qədər gəlib çıxıb. Maarif Soltan bu 60 ildə dostlarının, qohumlarının, yaxınlarının və öz oxucularının qəlbini bir şair, bir insan kimi fəth etməyi yaxşı bacarıb. Maarif Soltanın yaradıcılığına nəzər saldıqda gözümüz önündə onun bir şair, bir ziyalı və nəhayət, əsil bir insan portreti canlanır. Oxucu istər-istəməz onu şeirləri ilə tanıyır.
Portretini yaradan şair
Maarif Soltan yaradıcılığında ötəri hisslərə qapılmır, necə deyərlər, mövsüm, mərasim şairi deyil. İlham köhlənini dörd nala çaparaq dünənimizin, bu günümüzün reallıqlarını qələmə alır, zilə də çıxamağı bacarır, bəmə də enməkdən çəkinmir. Dediklərində zərb-məsəllər, atalar sözü və müdrik kəlamlar öz əksini tapır.
Maarif Soltan hələ orta məktəbdə oxuyarkən mətbuatda çap olunmağa başlayıb. Onda vətən duyğusu, vətən qayğısı, vətənpərvərlik hissi çox önəmli və güclüdür. Ana vətənin tarixini, zəngin təbiətini, yaradıcı, qayğıkeş insanların xüsusiyyətlərini kövrək hisslərlə dəyərli oxucularına çatdırır.
Mən
Sənin uğrunda yaşayıram, Vətən !
Yuxusuz qalıram,
İşsiz qalıram,
Qapılar döyürəm-sənin uğrunda… və yaxud;
Nə qaldı yaza, bilmirəm,
Г‡ox şeyi yaza bilmirəm.
Ağrıdan yaza bilmirəm,
Ağrın aldığım, ağrıma!
Ağrıma, ağrıma, ağrıma!
Maarif Soltan vətənə bağlılığı, vətən sevgisini, vətənin aliliyini geniş şəkildə tərənnüm edir, daş yaddaşımızı oyadır. Maarif Soltanın şeirlərinin əsas mahiyyəti, əsas qayəsi göstərilən ideya istiqamətini əhatə edir, oxucunun mənəvi-estetik hisslərini hərəkətə gətirir:
Dünya işıqla dolu,
Hər yan bəxtəvər, yaşıl.
Mən diqqətli, qayğılı,
Sənin yaşın iyirmi…
…Bu şeiri yazdığım gün
de, yadına gəlirmi?
Bu cür kövrək, həlim, insani və bir qədər də işıqlı bir kədərlə, nisgillə dolu bu misraları oxuyanda dünyanın həqiqətən də işıqla dolu olduğuna inanırsan. Həyat o zaman gözəl olur ki, ömrünün ötən illərini mənalandıra, həyatı həyat kimi yaşaya bilirsən. Qəlbinin dərinliyindən gələn bu sözləri əməli fəaliyyət üçün əsas götürürsən, ürəyinin səsinə qulaq asarsan: hələ yaşamağa dəyər!…
Neyləməli?
Yaşamalı, qardaş, yaşamalı.
Bir ömrün sevincini, qəmini daşımalı.
Neyləməli?
Г‡örək qazanmalı,
Ata olmalı
Neyləməli?
Düşünməli,
Ölməməli,
Gözləməli,
Dözməli,
Yaşamalı, qardaş, yaşamalı.
İnsanın batini nə qədər gizlidirsə, zahiri bir o qədər açıq və aydındır. Maarif Soltanda isə bunlar vəhdətdədir. Maarifin atası Soltan müəllimin də oğluna nəsihəti elə budur:
Arı ol, bala, arı kimi işlək,
…Ürəyin bal dolu bir pətək
Lazım olanda sancmağı da bacar
Arı tək.
“Arı kimi əlbir ol, bal damsın dilindən” bunu da Soltan müəllim deyir. Maarif də onu şeirə çevirir.
Gözümdə nə günəş, nə də bahar var,
Görünməz bir dünya nə qəribədir…
Bizim kəndimizdə bir qoca yaşar,
Hələ gözlərində müharibədir…
Böyük Vətən müharibəsində gözlərini itirərək bədbəxt olmuş, qələbəsini qazanaraq qürurla yaşayan bu müharibə veteranı Qarabağ müharibəsinin bugünkü durumunda bizə daha nə deməlidi ki?! Maarif Soltan bunu adsız şeirində belə verir:
Г‡ox şeyi öyrətdi həsrətin mənə,
Öz-özümlə danışmağı öyrətdi,
Yalqızlığa alışmağı öyrətdi.
Yanqılı-yanqılı nəğmə deməyi,
Gecələri yatmamağı,
Ulduzları saymağı
Sənə ümidli məktublar yazmağı,
Səni əzizləməyi, oxşamağı
Hərdən səni aldatmağı öyrətdi
… çox şeyi öyrətdin mənə
M.Soltan elə ucalıqda dayanan şairdir ki, o ucalıq hər yandan görünür. Onun şeirlərinin hər biri sanki hər şey, ən azından, çox şey haqqındadır. Onun şeirlərini bölmək də olmur; bu sevgi şeiridir, bu kənd şeiridir, bu ictimai fikirli şeirdir… çünki, bu şeirlərin hər hansı birini oxuyanda görürsən ki, orada sevgi də, məhəbbət də, istək də, həsrət də, məchulluq da, konkretlik də, qeyri-müəyyənlik də və bütün bunları özündə qovuşduran poeziya var.
Maarif Soltan 1956-cı ilin aprelin 10-da İsmayıllının Baba dağına sığınan Brovdal kəndində ziyalı ailəsində dünyaya göz açıb. Evin üçüncü uşağı idi. Ailədə səkkiz qardaş, bir bacı böyüyürdü. O, təhsilini əvvəl kənd məktəbində, sonra Talıstan və İsmayıllı şəhər 3 saylı tam orta məktəbində alıb.
Azərbaycan Yazıçılar İttifaqı 1979-cu ildə onu Moskvaya M.Qorki adına Ədəbiyyat İnstitutuna göndərib və həmin il instituta qəbul olunub.
Moskva ədəbi mühitindən, tələbəlik illərindən bəhrələnib, həmin illərdə də bir çox sanballı Moskva qəzet və jurnallarında müntəzəm olaraq çap olunub.
1984-cü ildə ədəbiyyat İnstitutunu bitirdikdən sonra doğma Bakıya qayıdıb, iki il yazıçıların Şüvələndaki Yaradıcılıq evində təlimatçı işləyib, sonra isə “Qobustan” incəsənət toplusunda çalışmağa başlayıb. Uzun illər həmin jurnalda müxtəlif vəzifələrdə fəaliyyət göstərib.
“Dünya işıqla dolu” adlı ilk kitabı 1986-cı ildə işıq üzü görüb. Həmin ildən Maarif Soltan Yazıçılar Birliyinin üzvüdür. 2006-cı ildə “Yurd” nəşriyyatı tərəfindən Maarif Soltanın “Dünyama açılan qapı” şeirlər kitabı nəşr olunmuşdur.
Vaqif Bəhmənli onu “Şeirimizin bal arısı” adlandırıb. Deyirlər ürəyi təmiz, saf niyyətli, xeyirxah insanlar qocalmır. Maarif Soltan bu deyimin canlı təsdiqidir.
Kamillik yaşına qədəm qoymuş yubliyarımıza can sağlığı, səmərəli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
Valeh Salehov,
Veteran jurnalist
Hacıməmməd Məmmədov,
şəhər 6 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz