Yaddas kitabcasi

Yazarlarımızın şeir dəftərindən

Uzaqda qaldı

Ötüb getdi ömür-gün,
Yazdan uzaqda qaldı.
Dərələri, dağları
Düzdən uzaqda qaldı.
Yazarlarımızın şeir dəftərindən
Daha dönməz o çağlar,
Qəm yaxamı qucaqlar.
Söndü yanan ocaqlar,
Közdən uzaqda qaldı.

Min yol salsam da yada,
Xatirə çatmaz dada.
Nə gördüm bu dünyada
Gözdən uzaqda qaldı.

Ah sığmaz yerə-göyə,
Köks ötürdüm çox şeyə.
Dil, bəla olar deyə
Sözdən uzaqda qaldı.

Yox şərəfin qiyməti,
Haqqın, düzün hörməti.
Dünyanın çox neməti
Bizdən uzaqda qaldı.

Г‡oxdan solub güllərim,
Əsir vaxtsız yellərim.
Ötüb getdi illərim
Yüzdən uzaqda qaldı.
Nazir Ziya Talıstanlı

Dörd yana gedir

Qazancın yarısı borc ödəməyə,
Yarısı rüşvətə, dərmana gedir.
Kasıbın gəliri evinə gəlmir,
Didilir, bölünür, dörd yana gedir.

Əsrimiz yalanla o qədər toxdur,
Г‡iyrinib, ürəyi bulanan çoxdur.
Ta bircə sözə də inanan yoxdur,
Təbliğat qarışıb dumana gedir.

Sanki iflıc olub əsrin vicdanı,
Şikar kimi görür insan insanı.
Hanı addım atan inamla, hanı ?
Camaat üz tutub gümana gedir.
Oqtay İsmayıllı

İllər gedir, ömür bitir

Kökdən düşmüş saza bənzər,
Dolu vurmuş yaza bənzər.
Bir talesiz qıza bənzər,
İllər gedir, ömür bitir.

Həm kədərim, həm qəmim var,
Dərdlə dolu bir gəmim var.
Həsrət adlı həmdəmim var,
İllər gedir, ömür bitir.

Dərdlər gəlir dərdlər üstə,
Vətən darda, vətən xəstə.
Diqqət yetir, gör ahəstə,
İllər gedir, ömür bitir.

Nə tapmışdım, nə itirdim,
Nə apardım, nə gətirdim.
Gülüş əkib, qəm bitirdim,
İllər gedir, ömür bitir.

Sərvətim var, mənim deyil,
Bu yem mənim yemim deyil.
Dolaşıram veyil-veyil,
İllər gedir, ömür bitir.

Yüyür, yüyür Arazdan keç,
Gözlə, dayan, bir azdan keç.
Olmaz belə avazdan heç,
İllər gedir, ömür bitir.

Dünya belə qalan deyil,
Boşaldımı, dolan deyil.
Demə Xalıq yalan deyir,
İllər gedir, ömür bitir.
Xalıq Yusifoğlu

Qalx ayağa, vətən oğlu

Qalx ayağa, vətən oğlu,
Bir soluna, sağına bax!
Ana yurdun sinəsində
Г‡alın-çarpaz dağına bax!

Şəhid olan bölgəmiz var,
Yaralanan ölkəmiz var.
Qılınclanan kölgəmiz var,
Düşməninə, yağına bax!

Qar üstünə düşən başa,
Güllə, mərmi deşən başa,
Sən bu tarixi savaşa,
Alınmış torpağına bax!

Canımıza alov düşdü,
Qız-gəlinlər girov düşdü.
Qış gəlməmiş qırov düşdü,
Qara saçın ağına bax!

Gileylidir xarıbülbül,
Nalə çəkir “Sarı bülbül”.
Г‡içək gəzir arı, bülbül,
Talan Qarabağına bax!

Səbr kasan dolub-daşsın,
İçindəki həddi aşsın.
Düşmənin qana bulaşsın,
Onun məğlub çağına bax!
Xatın

Dua edək

Yol gedirəm kürəyində.
Bu dünyanın gilə-gilə.
Ağlayıram ürəyimdə
El içində gülə-gülə.
Nədən susur bəşəriyyət,
Haqsızlığı bilə-bilə,
Təmiz olsa arzu, niyyət,
Zəfər dolu yol var hələ.

Nə durmuşuq, gəlin onda
Xocalıda şəhid olan.
Zülmə düşən, fəryad edən,
Soydaşlarçün dua edək!
Anaları ağlar qalan
Qardaşlarçün dua edək!
Əsarətdə fəryad edən,
Qan ağlayan bacılarçün,
Qəlbimizi sökən, didən,
Sağalmayan acılarçün,
Qan qoxulu dəftərlərdən
Qara izli yazılarçün,
Yolda qalan, vaxtsız itən,
Darmadağın arzularçün,
Nənələrçün, babalarçün,
Əliyalın balalarçün,
Körpələri odda yanan
O, biçarə analarçün
dua edək!
Dəmir çəndə qaynaq olan
O, günahsız körpələrə,
Hər əzası vəhşət görən
Tər qoxulu qönçələrə,
Doğulmamış məsumlara,
Oxunmamış laylalara,
Hazırcavab Fidanlara,
Əfqanlara, Leylalara,
Əliyalın, kömək uman
İnsanlara dua edək.
Yas günüdür Xocalının,
Г‡ox qədim türk ocağının.
Tək bu gün yox, hər bir zaman
Biz onlara dua edək!
Xocalıda vəhşət quran,
Vandalizm, dəhşət quran
Qara donlu ermənilər
İnsanlığa rəzalətdir.
Yer üzünə xəcalətdir.
Siz zinanın bəhərisiz,
Cəhənnəmin zəhərisiz.
Cin-şeytanın hünərisiz,
Vaxt gələcək, haqq tutacaq
Ünvanını, öz yerini.
Günəş doğub, kor edəcək
Qana həris gözlərini.
İnşallah, duamızı
Duyar Allah, cəza kəsər.
Öz şəriniz, özünüzü
Bizlərdən də betər əzər.
Alarsınız işinizin
Cəzasını, tam haqqını.
Bax o zaman xatırlarsız
Qırdığınız Türk xalqını.
Bu ümidlə dua edək,
Mütləq, mütləq dua edək !
Elnarə Günəş

Hara gətirdi

Canım düşüb qüvvədən, ölmüşəm ayaq üstə,
Gör məni üzləşdiyim bəla hara gətirdi?
Zaman, vaxt sərf eylədim, götür-qoy qarşısında,
Övlad məcbur eyləyib, bala hara gətirdi?

Şikəst olub ayağım, dizdən sınıb, qolum yox,
Ölüm üst ayaqdadı, ayaq üstə olum yox.
Ayıldım ki, qəflətən sağa-sola yolum yox,
Divar çaşdırdı məni, qala hara gətirdi?

Hey düşdüm dəhrəçinin, baltaçının izinə,
İynəyə, bizə dönüb, batmış oldum gözünə,
Vurulduqca vuruldum dərəsinə, düzünə,
Məni yenə yal, yamac, tala hara gətirdi!?
Tamam Nur Tağlabiyanlı

Günahkar özünsən

Qəlbimdə istəyim yanan od, ocaq,
Elə istəmirəm deyib dayandım.
Ayrılıq oduna sən sönmüş çıraq,
Mənsə o çırağın oduna yandım.
Günahkar özünsən, günah sənindi.

Qürurum ucalır, dilimsə sözlü,
Amma danışmıram, söz demirəm mən.
Səni ürəyimdə hamıdan gizli,
İstəyə, istəyə istəmirəm mən.
Günahkar özünsən, günah sənindi.

Sən hardan biləsən kiməm mən indi,
Soyuq bir ürəyin tənha sevinci.
İnciyən ürəyim, gizlicə dindi,
Günah, inciyəni incidənindi.
Mehriban

Niyə

Qəlbimə toxunan kimdir görəsən?
Mən niyə qəmliyəm, bilə bilmirəm.
Sıxıntılı, nisgillidir hər anım,
Sevinə bilmirəm, gülə bilmirəm.

Elə bil nöqtəyəm durduğum yerdə,
Dindirən olanda qəhərlənirəm.
Elə bil qar yağır qəlbimə mənim,
Bir dərdin başına hey hərlənirəm.

Nədəndir qismətim üzümə gülmür?
Bəlkə buna görə kədərliyəm mən.
Mənim taleyimi yazan səhv yazıb,
Əzəldən əzabla həmdəməm, həmdəm.

Tale kül üfürüb gözümə mənim.
Məni qınamayın siz ucuz bilib.
Tək zəhmətim gülüb üzümə mənim.
Ölsəm, deməyin ki, bir aciz ölüb.
Xuraman Baxış

Məni

Bezdim taleyimdən, qəsd etdim cana,
Qocaltdı acılar, ay ana, məni.
Fələk tuş eylədi özü nadana,
Yazmadı anlayıb, duyana məni.

Nə gördüm dünyanın gedişatından,
Doymadım toyundan, nə büsatından.
Taleyin qıldığı iltifatından,
Fələk uzaq saldı bu yana məni.

Tanrı verib mənə dərdə dözümü,
Г‡atdırın dostlara bu son sözümü.
Deyin bağlamasın qara gözümü,
Tapşır kəfənləyib yuyana məni.

Cansız xəyallarım vüsal çağında,
Ruhum dolaşacaq hicran dağında.
Qazdırın qəbrimi yol qırağında,
Г‡ox da aparmayın o yana məni.

Solmazam, cavankən qocalmışam mən,
Tanrıdan pay alıb, ucalmışam mən.
Bir zaman fələkdən bac almışam mən,
İndi gör aparır hayana məni.
Solmaz Şirvanlı

Sənin ürəyin mənimdir
İllər keçə, dünya dönə,
Sənin ürəyin mənimdir.
Kimi sevirsən sev, yenə
Sənin ürəyin mənimdir.

Qoymaram məndən keçəsən,
Gedib özgəni seçəsən.
Kiminçün, nəsən, necəsən,
Sənin ürəyin mənimdir.

Yaxşı düşün həyatını,
Bu sevginin qoy adını.
Daddırma həsrət dadını,
Sənin ürəyin mənimdir.

Hər kəlməni yazan zaman,
Sanıram ki, yanımdasan.
Ayrılıq olmasın, aman,
Sənin ürəyin mənimdir.
Şəhanə Cəfərova

Bəlkə unutdura yuxular səni

Nə qədər çalışdım mən bacarmadım,
Bəlkə unutdura yuxular səni.
Hey istədim olum şən, bacarmadım,
Bəlkə unutdura yuxular səni.

Г‡ox ölçüb-biçirəm, tapmıram yolun,
Olmuşam fikrinlə mən sənin qulun.
Gecələr boynuma dolayıb qolun,
Bəlkə unutdura yuxular səni.

Nə qoyub gedirəm, nə götürürəm,
Nə sona çatıram, nə bitirirəm.
Nə tapa bilirəm, nə itirirəm,
Bəlkə unutdura yuxular səni.

Hayana çevirsə zamanı, anı,
İnsan nədən qaçsa, tapır insanı.
Gərək gəzim tapım yuxu satanı,
Bəlkə unutdura yuxular səni.

Atma məni bunca amana, aha,
Acizəm, zəifəm, gücüm yox daha.
Qoy yatım, az qalır, vallah, sabaha,
Bəlkə unutdura yuxular səni.
Aidə Gədəbəyli

Şərh Yaz