Gözəl olur göz gözələ dəyəndə,
Lal dilimin hicranını sözə yaz.
Duruşunda, yerişində eyib yox,
Baxışımı üzdən götür, sözə yaz.
Yaz
Nə şirindir bu məhəbbət, bu sevda,
Yanıb, yanıb kül oluram alovda.
Gözüm yolda, baxışlarım soraqda,
Г‡içək-çiçək arzuları düzə yaz.

Köz-köz olub közərmişəm, yanmışam,
Səni cana, qəlbə yaxın sanmışam.
Şaxta, qırov sazağında donmuşam,
Ləpirimi qar üstündə izə yaz.

Ürəyimə xal düşəndə saraldım,
Tufan tökdüm, bulud kimi qaraldım.
Qışımda yox, baharımda qar aldım,
Həsrətimi şaxtaya yaz, buza yaz.

Dağ-dağ olan dağlarım var, dağ kimi,
Solub gedən bağça kimi, bağ kimi.
Bimarınam, dolanıram sağ kimi,
Ürəyimin atəşini közə yaz.
Murad Məhərrəmov

Şərh Yaz