2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub

2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub25 fevral 2016-cı il tarixdə İsmayıllıda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib. Hesabat öncəsi dəvətlilər Mədəniyyət sarayının foyesində təşkil olunmuş kənd təsərrüfatı və sənaye məhsullarının, eləcə də sənətkarlıq nümunələrinin sərgisi ilə tanış olublar. Sərgiyə baxışdan sonra hesabat yığıncağı RİH-nin akt zalında davam etdirilib.
İclasda Prezident Administrasiyasının Regional İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə İş Şöbəsinin baş məsləhətçisi Dəyanət Abdullayev, millət vəkilləri Novruzəli Aslanov, Tahir Kərimli, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, qonaqlar, KİV nümayəndələri və rayon ictimaiyyətinin təmsilçiləri iştirak edib.
Hesabat yığıncağında RİH başçısı Mirdaməd Sadıqov ötən ildə rayonun sosial-iqtisadi inkişafının yekunları ilə bağlı məlumat verib. “İsmayıllı xəbərləri” qəzetində çap olunmuş hesabat məruzəsi və xüsusi buraxılışlı jurnal iştirakçılara paylanıb.
2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qarşıdakı dövr üçün müəyyənləşdirilən mühüm vəzifələrdən və həyata keçiriləcək tədbirlərdən ətraflı söz açılıb, bir sıra təkliflər irəli sürülüb.
Г‡ıxışlarda təhsil, səhiyyə sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, sahibkarlıq və fermer təsərüffatının inkişafı ilə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr ətraflı təhlil olunub.
2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları müzakirə olunubYığıncaqda Prezident Administrasiyası Regional və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin məsul işçisi Dəyanət Abdullayev, Milli Məclisin deputatları Novruzəli Aslanov və Tahir Kərimli, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, RMX-nın baş həkimi Aydın Əsədov, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbəsi Rahid Rəcəbli, Nikitin adına kolxozun baş mühəndisi Sergey Nikolayeviç, Statistika İdarəsinin rəisi Əziz Əzizov, Əməkdar müəllim Şəfaqət Rəsulov, fermer Müşviq Həsənov, RİH başçısının Qubaxəlilli İƏD-i üzrə nümayəndəsi Yaşar Calalov çıxış ediblər.
Nüxtəlif sahələr üzrə işgüzarlığı ilə fərqlənənlərin bir qrupuna İsmayıllı Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları təqdim olunub.
Sonda yığıncaq iştirakçıları adından Prezident cənab İlham Əliyevə müraciət qəbul olunub.
Nəsimi Teymurov

Şərh Yaz