Xocalı soyqırımından 24 il ötdü

Xocalı soyqırımından 24 il ötdüİsmayıllı rayonunda Xocalı faciəsinin 24-cü ildönümü RİH aparatının işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə və müəssisələrdə çalışanlar, tələbə və şagirdlər, rayon ictimaiyyəti tərəfindən qeyd olunub.
Xocalı faciəsinə həsr olunan yürüş iştirakçıları şəhərin mərkəzi meydanından “Ana harayı” abidəsinə qədər olan 2 kilometr məsafəni qət edərək çatıblar.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov erməni faşizmi qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı”abidəsinin önünə əklil qoyub.
Yürüşə qatılanlar erməni qəsbkarları tərəfindən müxtəlif vaxtlarda qətlə yetirilən soydaşlarımızın xatirə momerialı önünə qərənfillər düzüblər. Hərbi vətənpərvərlik ruhunda tərbiyə olunan məktəblilərin iştirakı ilə flaşmob keçirilib.
Tədbir İsmayıllı rayonunun Mədəniyyət sarayında davam etdirilib. Burada əvvəlcə sarayın foesində faciə səhnələrini əks etdirən əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Xocalı faciəsini canlandıran tamaşa ilə davam etdirilən tədbir “Xoca” filminin nümayişi ilə başa çatıb.
L.Nadirqızı
Xocalı soyqırımından 24 il ötdüİsmayıllı rayonunda Xocalı faciəsinin 24-cü ildönümü RİH aparatının işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə və müəssisələrdə çalışanlar, tələbə və şagirdlər, rayon ictimaiyyəti tərəfindən qeyd olunub.
Xocalı faciəsinə həsr olunan yürüş iştirakçıları şəhərin mərkəzi meydanından “Ana harayı” abidəsinə qədər olan 2 kilometr məsafəni qət edərək çatıblar.
Xocalı soyqırımından 24 il ötdüRayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov erməni faşizmi qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı”abidəsinin önünə əklil qoyub.

Şərh Yaz