Ənənə halını almış görüşlər

Ənənə halını almış görüşlərFevral ayının 18-də Milli Məclisin deputatı Novruzəli Aslanov İsmayıllı rayonuna növbəti səfərini edib.
Həmin gün rayonda məskunlaşmış qaçqın və məcburi köçkün ailələri ilə RİH başçısı Mirdaməd Sadıqovun keçirdiyi görüş başa çatdıqdan sonra deputat rayon mərkəzində yerləşən ofisində seçiciləri qəbul edib. Millət vəkili görüşə gələnlərin problemlərini dinləyib. Qaldırılan məsələlər əsasən sosial yönümlü olub. Gənc kadrların işlə təmin olunması, məişət problemləri kimi məsələlər də qəbula gələn seçicilər tərəfindən səsləndirilib.
Millət vəkili səslənən problemlər barədə əlaqədar qurumlara müraciət edəcəyini bildirib. Bəzi məsələlərin həlli istiqamətində yerindəcə müvafiq addımlar atılıb.
Novruzəli Aslanov rayonda keçirilən bütün kütləvi tədbirlərdə fəal iştirak etməklə yanaşı, artıq 11-ci ildir ki, hər həftənin cümə axşamında seçiciləri ilə rayonda görüşür.
Şahməmməd Soltanov

Şərh Yaz