Xocalı fəryadı –“ Tanrının divanı

Xocalı fəryadı –“ Tanrının divanıXocalı şəhidlərinin əziz ruhlarına ithaf olunur

Monoloq

Haray! Haray! Dünya, Haray!
Eşit məni, zalım dünya!
Vaxt gələcək haqqı qəbul edəcəksən!
Müsəlmana – ulu Türkə,
Bu haqsızlıq səbəbilə, mütləq cavab verəcəksən!

Qanlı fevral gecəsində dünya batdı rəzalətə.
Ar olsun bu rəzaləti insanlığa yaraşdıran,
faciə və müsibəti millətimə yaşatdıran,
Mənfur, faşist bir dövlətə, ermənitək bir millətə!

Qarlı fevral gecəsində nələr etdi düşmən, ALLAH!
Göz önünə gətirdikcə dəhşət olur, dəhşət vallah!Xocalı fəryadı –“ Tanrının divanıXocalı şəhidlərinin əziz ruhlarına ithaf olunur

Monoloq

Haray! Haray! Dünya, Haray!
Eşit məni, zalım dünya!
Vaxt gələcək haqqı qəbul edəcəksən!
Müsəlmana – ulu Türkə,
Bu haqsızlıq səbəbilə, mütləq cavab verəcəksən!

Qanlı fevral gecəsində dünya batdı rəzalətə.
Ar olsun bu rəzaləti insanlığa yaraşdıran,
faciə və müsibəti millətimə yaşatdıran,
Mənfur, faşist bir dövlətə, ermənitək bir millətə!

Qarlı fevral gecəsində nələr etdi düşmən, ALLAH!
Göz önünə gətirdikcə dəhşət olur, dəhşət vallah!

Xocalımda millətimi türkdür deyə,
qana qəltan etdi vazgen.
Körpə-ətcə bəbələri çarxa çəkdi,
bapbalaca ürəklərə süngü taxtı, mənfur düşmən.

O gecədə yer də, göy də nalə çəkdi, fəryad etdi.
O gecədə əlimizdən namus getdi, qeyrət getdi.
Anam, bacım, körpə quzum dağa-daşa səpələndi,
O gecədə insanlığın ləyaqəti ləkələndi!…

Tanrının divanı
…Qaranlıqda zülm-zillət evdən-evə alov çaxdı,
İnsanların ah-naləsi yerdən-göyə ərşə qalxdı.
Olanları yanğı ilə seyr edirdi özü Tanrı,
Gördüyü bu mənzərədən odlanırdı onun bağrı.

Mat qalmışdı Yaradan da bu dəhşətə,
Belə cılız millətdəki bu cür mənfur bir xislətə.

Xəlq eylədim insanları, Adəm ilə Həvvadan.
Bir nütfəylə həyat verdim onlara.
Sevgi verdim qəlblərinə, dedi böyük Yaradan,
Demədim ki, zülm eyləsin yaratdığım insana!

Dözəmmədi.
Dərhal qurdu peyğəmbərlər divanını.
Dedi, İsa! Nədir sözün!?
Gözləyirdi cavabını.

Peyğəmbər çox qəmli idi baş verən bu fəlakətdən,
Daha neçə naqis əməl duymalıydı bu millətdən.
Söz yox idi cavab üçün – dinənmirdi xəcalətdən,
İmkan olsa lap yenidən ölərdi o,
ermənini ümmətlikdən silərdi o.

Vardı böyük ehtiyacı mərhəmətə.
Utanırdı. Baxammırdı, yaşca kiçik Məhəmmədə–¦

Mələklərin fəryadı
…Soyqırımın şahidləri –“ Mələklər dilə gəldilər.
Təzim edib Yaradana gördüklərin söylədilər:
Yorulmuşuq səhərədək dəhşətləri seyr etməkdən.
Bu cür zalım əməlləri göz yaşıyla qeyd etməkdən.
Biri dedi, uca Rəbbim!
Qarşında çox günahkaram.
Г‡ünki yazmaq vəzifəmi sona qədər tutmamışam.
Tanrı sordu.
Nə səbəbə şəri yazan bu mələkdən,
Üzərinə düşən işi sən sonadək etməmisən?
Mələk dedi:
Dayanmadan yazırdım ki, bitsin daha bu pisliklər,
Qurtarmırdı, çoxalırdı hər saniyə vəhşiliklər.
Dəhşətlərlə dolu idi, Xocalıda bütün aləm,
Zülm bitmədi!
Bitdi onu fasiləsiz yazan qələm.
Bu dəhşətli faciəni seyr etdikcə Tanrı göydən,
Qəzəb dolu baxışlarla soruşdu başqa mələkdən.
Bəs sən niyə vəzifəni bacarmadın!?
Olan bütün məqamları yazammadın!?
Mələk dedi:
Yazırdım ki, bu erməni çətələri,
Xocalıda viran qoydu bütün ev və küçələri.
Qəlblərində nifrət odu edirdilər gülləbaran,
Qırırdılar insanları küçə-küçə, dalan-dalan.
Ey Allahım! Bu dığalar necə zalım, qansızdırlar!
Uşaq-qoca düşünmədən vəhşiliklə yandırdılar!
Körpələri süngülərə taxırdılar,
anaların fəryadına zövq alaraq baxırdılar!
Diri-diri insanların dərisini soyurdular,
zülm edərək gözlərini ovurdular!
Neçəsini daşlıqlarda sürüyərək,
işgəncəylə əzaların kəsirdilər!
Qız-gəlini qayalardan atırdılar,
sinəsində od qalayıb çatırdılar!
Bu zilləti həyəcanla yazdıqca mən,
Uca Rəbbim, görürdüm ki,
olanları göz yaşıyla seyr edirsən.
Bir anlığa yazammadım, dayandım mən.
Donub qaldım gördüyüm bu mənzərədən.
Anaların gözlərinin qarşısında
balasının başın kəsib,
bu başlardan seçim edib,
Daha yumru olanıyla,
ayaqlara yatanıyla,
top qovdular, qol vurdular!
Bir tərəfdə anasını,
bir tərəfdə balasını,
çarxa çəkib zövq aldılar!
Gördüyüm bu dəhşətlərdən mən özümə gələmmədim!
Г‡ox çalışdım qeyd etməyə, vallah-billah edəmmədim!

Əzrayıl da olanları təsdiqlədi.
Səhərədək dayanmadan işləyibdi.
Г‡ox namərdlər, zalımlarla rastlaşsa da,
bu günədək belələrin görməyibdi!

Bu divanda hər kəs dinib-danışırdı olanları,
Təkcə onlar danışmırdı –“ sağ çiyinin yazanları.
Xeyir yazan bu mələklər hey dayanıb susurdular,
Söz yox idi danışmağa, məlul-məlul baxırdılar.
Tanrı baxdı təəccüblə, cavab istədi onlardan.
Bir kəlmə də yazmamısız gecəboyu olanlardan.
Sual verdi.
Nə səbəbə? Olmayıbdır xeyir işlər!?
Təzim edib yaradana bir ağızdan söylədilər:
Öyrəşmişik yalnız gözəl məqamları seyr etməyə.
Yaxşı-savab əməllərin hər birini qeyd etməyə.
Xeyir işlər yazmalıyıq –“ bu səbəbdən yazammadıq,
Г‡ox axtardıq bütün gecə, bircəciyin tapammadıq!

Şeytanın müttəfiqi
Tanrı daldı düşüncəyə, sonra dedi:
Niyə belə naqis çıxdı ermənilər!?
Xatırladım!
Mən bunları yaratdıqdan dərhal sonra,
hüzuruma şeytan ilə gəlmişdilər!!!
Lənət olsun belə xain, pis niyyətə!
Tək sözüm var söyləməyə,
bu niyyətin kök saldığı bir millətə!
Onlar böyük ləkədir insaniyyətə!…

Cənnətquşum
–¦Azərbaycan Xocalını göz yaşıyla yad eyləyir.
613 şəhid ruhum dünyadan haqqın gözləyir.
Nifrətimi bildirirəm mən erməni faşizminə,
Millətimə bəla olan qonşumun vandalizminə!
Göz yaşıyla söyləyirəm, dinləyin bu bayatımı.
Hayqırıram insanlığa, mən XOCALI FƏRYADIMI!
Körpə balam, göyçək balam.
Ətir saçan çiçək balam.
Cənnətquşum, balam mənim,
Ürəyimdə yaram mənim!
Qurban olum açıq qalmış gülər üzlü gözünə!
Güllə dəymiş, qaçammayan, gücdən düşmüş dizinə!
Üzərində qanı donmuş, gözəl fındıq burnuna!
Güllü-rezin çəkməndəki ipə bağlı ayağına!
Nə xoş sözlər desəm azdır, gözəl balam, şəninə,
Qurban olum qaxac olmuş cansız, cılız nəşinə!
Zərbə vurdun ürəyimə parçaladın köksümü,
Yüz illərlə abad olmaz viran etdin qəlbimi!

EPİLOQ

Əzizinəm, gül qızım,
Körpə oğlum, gül qızım.
Sənə niyə qıydılar?
A mənim günahsızım!?
Qurban Zərdablı

Şərh Yaz