Yaddas kitabcasi

“Ətraf mühit” mövzusunda konfrans

“Ətraf mühit”  mövzusunda konfransAzərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən icra olunan Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL-2) saysız-hesabsız layihələrə imza atmaqla, Azərbaycanda 10 ildir ki, fəaliyyət göstərir. Bu dövr ərzində AzKİL 1500-dən çox sosial və iqtisadi yönümlü infrastruktur layihələri həyata keçirərək, kənd sakinlərinin bu infrastrukturlara çıxşı və istifadəsini yaxşılaşdırmış, eləcə də kənd yerlərində ailələrin iqtisadi imkanlarını genişləndirmişdir. AzKİL Kənd Təsərrüfatı Nazirliyinin vacib layihələrindən biri olaraq, son dövrlərdə icmalarda pilot gəlir gətirən layihələr həyata keçirməklə də. ailələrin iqtisadi durumlarında xeyli irəliləyislərin baş verməsinə nail olmuşdur.
“Ətraf mühit”  mövzusunda konfransBu prosesin məntiqi davamı olaraq, AzKİL, Kənd Təsərrüfatı Nazirliyinin xüsusilə dəstək verdiyi heyvandarlıq, südcülük kooperativlərinin icmalarda təşəkkül tapmasına da öz töhfəsini verməkdədir. Kənd Təsərrüfatı Nazirliyinin önəmli layihəsi sayılan AzKİL icma yönümlü layihələr həyata keçirməklə yanaşı, həmçinin bu proqramın vacib hissəsi sayılan icma şəbəkələşməsi fəaliyyətinə xüsusi yer verir. Bu şəbəkələşmə fəaliyyətinə əsasən icmaların müxtəlif mövzularda, o cümlədən, ətraf mühit mövzusunda bacarıqların artırılması, biliklərin mənimsənilməsi və yayılması, qazanılmış təcrübələrin bölüşdürülməsi, inteqrasiya, qarşılıqlı faydalanma kimi vacib məqsədlər əsasında qurulur.
Belə silsilə fəaliyyətlərdən biri 23 fevral 2016-cı il tarixdə İsmayıllı şəhərində baş tutan “Ətraf mühit” mövzusunda konfrans oldu. Tədbirdə İsmayıllı, Qəbələ, Ağsu rayonlarını təmsil edən 70-dən yuxarı icma lideri iştirak edirdi. Konfransın əvvəlində AzKİL-in icma inkişafı üzrə meneceri və direktor müavini Gülbəniz Qəmbərova və Şimal Regionlar Əməliyyatlar ofisinin proqram mütəxəssisi Akif Kərimli istirakçıları salamlayaraq, hər kəsi müzakirələrdə fəal olmağa cağırdılar və konfransın işində uğurlar dilədilər.
“Ətraf mühit”  mövzusunda konfransSonra AzKİL -2-nin ətraf mühit üzrə təmsilçisi Telman Zeynalovun “Kənd təsərrüfatının iqlim dəyişilmələrinə uygunlaşması” mövzusunda təqdimati dinlənildi və müzakirələrə başlanıldı. İştirakçıların maraqlı suallarını Telman Zeynalov cavablandırdı. Konfrans AzKİL -2-nin direktor müavini və icma inkisafı üzrə meneceri G.Qəmbərova tərəfindən edilən yekun çıxış ilə tamamlandı. Bildirildi ki, bu cür tədbirlər hər birimizə yeni fikirlər, biliklər, təcrübələr verir və hamıya nəsə öyrədir. Konfransda hər bir istirakçı ətraf mühit məsələləri ilə bağlı onu narahat edən suallara cavab tapdı.
Leyla Nadirqızı

Şərh Yaz