Yaddas kitabcasi

Hər birimizin vətəndaşlıq borcu

Hər birimizin vətəndaşlıq borcu Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması, xalqımıza qarşı törədilən bu terrorun və soyqırımı siyasətinin beynəlxalq aləmdə tanıdılması hər birimizin vətəndaşlıq borcudur.
Bu fikirlər YAP İsmayıllı rayon təşkilatının və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin birgə keçirdiyi dəyirmi masada səsləndirilmişdir. Tədbir iştirakçıları soyqırım qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açıb və tarix boyu azərbaycanlılara qarşı dəfələrlə tərkibində soyqırımı əməlləri olan cinayətlər törədən ermənilərin XX əsrin sonlarında növbəti tarixi cinayəti – Xocalı soyqırımı aktını həyata keçirmələrindən danışıb. Bəşəriyyətə və insanlığa qarşı ən böyük cinayətВ¬lərdən olan Xocalı faciəsindən 24 il ötür. Həmin dəhşətli anlarla bizi ayıran zaman kəsiyinin getdikcə uzanmasına baxmayaraq, bu qanlı faciə haqqında düşündükcə istər-istəməz başımızda saysız-hesabsız suallar dolaşır. Azərbaycan xalqına qarşı uzun illər terror aktları həyata keçirən, müxtəlif tarixi dövrlərdə genosid siyasəti yürüdən ermənilər bu siyasətin tərkib hissəsi kimi Xocalı soyqırımına imza atdılar. Amma faciənin baiskarlarının siyahısı təkcə erməВ¬nilərlə məhdudlaşmır. Günahkarlar siyahısında sapı özümüzdən olan baltaların da adları yer alır ki, bunu da xalq heç vaxt onlara bağışlamayacaq.
Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Şəhla Qafarova, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tarix müəllimi Könül Baxışova tarixi hadisələrin unudulmamasından bəhs ediblər.
Bildiriblər ki, bu tarixi həqiqətlər unudulmamalı, Xocalı soyqrımı və bu soyqırım zamanı erməni işğalçıları tərəfindən törədilən vəhşiliklər dünya ictiamiyyətinə çatdırılmalıdır. Bu baxımdan gənclərin üzərinə böyük məsuliyyət düşür. Artıq gənclər müstəqil şəkildə Azərbaycanın başına gətirilən bəlalara diqqət yetirməli, dünyanın tərəqqipərpərvər gəncləri ilə birgə fəaliyyət göstərməlidirlər.
Ramid Qasımov

Şərh Yaz