Yaddas kitabcasi

Vəliyev Allahverən Oruc oğlu

Vəliyev Allahverən Oruc oğlu
Vəliyev Allahverən Oruc oğlu
Rayon ictimaiyyətinə, ağsaqqallara, təhsil işçilərinə itki üz verib. 1924-cü ildə Qalınçaq kəndində anadan olmuş Vəliyev Allahverən Oruc oğlu dünyasını dəyişib.
1931-ci ildə kənd məktəbinin 1-ci sinfinə gedən A.Vəliyev 7-ci sinfi bitirərək Göyçay Pedaqoji Texnikumuna daxil olub. 3 illik texnikum təhsilini başa çatdırıb. Müəllim kimi Kürdəmir rayonunun Köhüllü kəndində əmək fəaliyyətinə başlayıb.
1946-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olub, qiyabi yolla ali təhsil alıb.
1950-ci ilə qədər rayonun Talıstan, Topçu, Qurbanəfəndi kəndlərində müəllimlik edib. 1950-ci ildə Talıstan kənd 7-illik məktəbinin direktoru təyin olunub.
1951-ci ildə Azərbaycan Mədəni Maarif Müəssisələri Komitəsinin İsmayıllı rayonu üzrə Mədəni Maarif Şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 1952-ci ildə anadan olduğu kənddə tarix müəllimi kimi işə qəbul olunub. Bir il sonra İsmayıllı Uşaq evinin direktoru vəzifəsinə irəli çəkilib.
1953-cü ildə Qalınçaq kənd məktəbi orta məktəb statusu alanda direktorluğu Allahverən Vəliyevə həvalə olunub.
Bir ildən sonra o məktəbin tarix müəllimi kimi pedaqoji fəaliyyətini davam etdirib
A.Vəliyev 1988-ci ilə, təqaüdə çıxana qədər Qalınçaq kənd orta məktəbinin müəlimi kimi doğma kənd yetirmələrinin təlim-tərbiyəsinə töhfələrini verib.
Vəliyev Allahverən Oruc oğlu rayonun, yaşadığı kəndin ağsaqqalları, müəllimləri sırasında xüsusi hörmətə sahib olub.
Xatirələri dərs dediyi şagirdlərin, onunla yoldaşlıq, yaxınlıq edənlərin yaddaşında qalacaqdır.
Allah rəhmət eləsin.
Qalınçaq məktəbinin pedaqoji kollektivi

Şərh Yaz