İsmayıllı yazarlarının şeir dəftərindən

20 Yanvar şəhidinin dilindən

Azadlığım əlimdə, arzular pərən-pərən,
Mənəm burda can verən, torpaq üstə göyərən.
Əlim tank lüləsində, gözüm atəşə sarı,
Boyadım al qanımla önümdəki divarı!

Bu bir əcəl deyil ha, azadlığım, harayım,
Bu mənim qızıl taxtım, bu mənim daş sarayım.
Gəl tankınla üstümə, yoxdu əldə silahım,
Bu mənim azadlığım, bu mənim intibahım.
Ala bilməzsən onu, ruhum parçalar səni,
Vermərəm, zalım, sənə, vermərəm bu Vətəni!
20 Yanvar şəhidinin dilindən

Azadlığım əlimdə, arzular pərən-pərən,
Mənəm burda can verən, torpaq üstə göyərən.
Əlim tank lüləsində, gözüm atəşə sarı,
Boyadım al qanımla önümdəki divarı!

Bu bir əcəl deyil ha, azadlığım, harayım,
Bu mənim qızıl taxtım, bu mənim daş sarayım.
Gəl tankınla üstümə, yoxdu əldə silahım,
Bu mənim azadlığım, bu mənim intibahım.
Ala bilməzsən onu, ruhum parçalar səni,
Vermərəm, zalım, sənə, vermərəm bu Vətəni!

“Haylar”a hay verirsən, zalımlıq libasında,
Öldürdün Larisanı sən ki, kiçik yaşında!
Gəl, zalım, gəl üstümə, sındırım inadını,
Sındırım sərt baxışla o dəmir qanadını.
Güllələdin yol keçən o gəncin nə günahı?!
Qara rəngə boyadın 20-ci sabahı.

Əl saxla, qara şeytan, qadına atma güllə,
Dikəlib daş məzardan, varam hələ səninlə.
Güclüyəm ölümümlə od saçan silahından,
Güclüyəm güc aldığın xallıbaş Allahından!
Bu küçə qan içində, o divarda yazı qan,
Sən daşnaq əlaltısı, deyilməz sənə insan!

Mənə qardaş söyləyib, yetmiş il talamısan,
İliyimi sovurub, sümüyü yalamısan.
Vətənim Azərbaycan azadlığın yolunda,
Hələ gücünü göstər, hələ güc var qolunda.
Dağılacaq bu duman, güləcək mavi göylər,
Onda şəhid nəğməsi oxuyacaq bu ellər.

Keçib ağır sınaqdan, keçib bu yoldan –“ izdən,
Tarix bir ibrət aldı silahsız gücümüzdən.
Al qanımız yol aldı günəşli Xəzərimə,
Dünyamız heyran qaldı silahsız zəfərimə!
Bir gecənin hökmünü biz tarixə yazmışıq,
Qarı düşmən önündə Şanlı zəfər çalmışıq.
Keçdi o qara yellər, ötüşdü o sərt tufan,
Azadlığa qovuşdu vətənim Azərbaycan!
Ürəyim Azərbaycan!
Murad Məhərrəmov

Haqqına

Gözəl sevmək günah olub nə vaxtdan?
Ey qınayan, qına məni haqqına.
Gül üzündə açılacaq nə vaxt dan?
Qurban olum Allahına, Haqqına!

Nə gözəldir bu çöl, çəmən, yal, ana,
Gözəlliyin yamac ana, yal ana.
Bədəsillər salıb meylin yalana,
Tərs baxırlar sözün doğru, haqqına.

Mən – özüməm, özümdəki öz ümdə,
Heyrətdəyəm öz dünyama özüm də.
Duz-çörəklə qüvvə tapdım özümdə,
Göz dikmədim bir kimsənin haqqına.

Dağlaroğlu, danış incə, din incə,
Qəlbidaşa görünərmi din incə?
Haqq zarıdı, haqlı bir yol dinincə,
Haqq, özün de, niyə girsin haqq qına?
Şahməmməd Dağlaroğlu

Əyildim

Namərdlərlə, nadanlarla döyüşdə
Ömrüm-günüm olanda zay əyildim.
Bir dəvə belində heybə gözündə
Boş tərəfə olanda tay, əyildim.

İndi oğulsansa saxla qüruru,
Sularını bulanmamış, dumduru…
Əlimin qabarı, gözümün nuru,
Qurda-quşa olanda pay, əyildim.

Ötən ömrün hər günahı yanımda,
Dövr eləyir ürəyimdə, qanımda.
İlk sevginin sızıltısı canımda,
Uçdu o müqəddəs saray, əyildim.

Mən də bu Vətənin vətəndaşıyam,
Gərək hər dərdini çəkəm, daşıyam.
Əldən gedən torpağıyam, daşıyam,
Düşündükcə hər gün, hər ay, əyildim.

Biri əyri dedi, biri düz dedi,
Biri: ”Sabah yaxşı olar, döz”, –“ dedi.
Ürəyimsə: ”Get, şeirini yaz“, –“ dedi,
–“ “Boş-boşuna salma haray, əyildim ”.
Nazir Ziya (Talıstanlı)

Varmış

Hər adamı mələk saymaq günahdı,
Neçəsində iblisanə hal varmış.
Dünya neynir ağlıyetkin insanı,
Axı burda bir dünyalıq kal varmış.

Min illərdir səadət ac, bəla tox,
Həyat xəstə, mərəzinə əlac yox.
Alçaq yerdə uca-uca ağac çox,
Uca yerdə alçaq-alçaq kol varmış.

Dirilikdən çəkməkdədir dad bəşər,
Г‡ox ocaqda söz qaynayar, vəd bişər.
Şükürlünün qıt qisməti göz deşər,
Naşükürün hər nemətdən bol varmış.

Sönən deyil şər adlanan od-ocaq,
Dünya onun tüstüsüylə dolacaq.
Düzlük birdir, bir olub, bir olacaq,
Sağda min sağ, solda da min sol varmış.

Bu bağ-bağça verə bilməz daha bar,
Daraşıb hər çiçəyinə neçə xar.
Mətləbinə asan çatır yolsuzlar,
Yolsuzluğun özündə çox yol varmış.
Oqtay İsmayıllı

Dağlaroğluna

(Şair Ş.Dağlaroğlunun təcnislərindən ruhlandım)

Təbim coşub, yenə dağlar çayıtək,
Bir təcnis yazmışam Dağlaroğluna.
Qəm selindən keçməliyəm çayı tək,
Ana, fələk çəkir dağlar, oğluna.

Tanrı mənə belə yazdı, a yazı,
Gözlədiyim bir gün oldu ay, azı.
Qoynundayam, çəkdirirsən ayazı,
De, necə qıyırsan, dağlar, oğluna?

Güzarımı heç salmadım yad elə,
Qan qarışmaz, yad oğludur yad elə.
Elman, doğma yurdu, yeri yad elə,
Bax, onda unutmaz, dağlar oğlun, a!
Aşıq Elman

Qalx ayağa, vətən oğlu

Qalx ayağa, vətən oğlu,
Bir soluna, sağına bax!
Ana yurdun sinəsində
Г‡alın-çarpaz dağına bax!

Şəhid olan bölgəmiz var,
Yaralanan ölkəmiz var.
Qılınclanan kölgəmiz var,
Düşməninə, yağına bax!

Qar üstünə düşən başa,
Güllə, mərmi deşən başa,
Sən bu tarixi savaşa,
Alınmış torpağına bax!

Canımıza alov düşdü,
Qız-gəlinlər girov düşdü.
Qış gəlməmiş qırov düşdü,
Qara saçın ağına bax!

Gileylidir xarı bülbül,
Nalə çəkir “Sarı bülbül”.
Г‡içək gəzir arı, bülbül,
Talan Qarabağına bax!

Səbr kasan dolub-daşsın,
İçindəki həddi aşsın.
Düşmənin qana bulaşsın,
Onun məğlub çağına bax!
Xatın

Hiyləgər siçan

Siçanı tutmaq üçün
Pişik xeyli əlləşdi.
Г‡ox tullandı, çox düşdü
Hiylə qurdu, dilləşdi.
Siçan gələrək dilə
Dedi : “Ay pişik lələ,
Bir nəfəs al, dur hələ.
Məni tutmaq istəsən
Gərək bunu biləsən.
Tələdəki çörəkdən
Qopar mənə tulla sən”.
Pişik cumdu çörəyə
Əli düşdü tələyə.
İndi pişik tələdə…
Siçan gəzir hələ də.
Xalıq Yusifoğlu

Açacaq

(Şəhidlərə)

Əriyəcək yağan qarlar,
Г‡əmən yenə gül açacaq.
Dərədəki bənd-bərəni
Qəfil gələn sel açacaq.

Məğrur dayanıb qalalar,
Qonaq gözləyir talalar,
Bu məsum, körpə balalar
Yeriyəcək, dil açacaq.

Var bu elin vuran qolu,
Neylər bizə yağış, dolu?
Qarabağa gedən yolu
Yumruq olan el açacaq.
Şərqiyyə Balacanlı

Qayıt

Г‡iliklənib, tökülüb,
Xatirəyə bükülüb.
Göz üzünə çəkilib
Mənim atalı dünyam,
Mənim analı dünyam.

Daha məni ovutmaz
Qucağında uyutmaz.
Ha çağırsam, qayıtmaz,
Mənim atalı dünyam,
Mənim analı dünyam.

Ürəyimdə dərd-sərim,
Ağlar qalıb yurd yerim.
Qayıt, canımı verim,
Mənim atalı dünyam,
Mənim analı dünyam.
Südabə Şeyda

Anadı

Düşünəni də ana, qananı da anadı,
Övladı üçün pisi, yamanı da anadı.

Yıxılanda övladı: – ”can-can“ ,” uf ” demək üçün,
Odlara alışanı, yananı da anadı.

Oğlu üçün çalışıb, qızı üçün can qoyub,
Yatağına sarılıb, yatanı da anadı.

Tanrıya: – “Bu baladan quşlara da ver“, – deyib,
Körpəni bərk, boş əllə tutanı da anadı.

Namərdlər özlərinə pulu, varı seçəcək,
Mərdlərinsə tarixi, zamanı da anadı.

Bal, şərbət çatmaz dada, heyva, nar belə olmaz,
Dərdə mübtəlaların dərmanı da anadı.

Ömrün sərt dolayında, yolunda Tamam Nurun
Olub çarəsi ana, gümanı da anadı.
Tamam Nur Tağlabiyanlı

Könül dünyası

Ən gözəl dünyadı, könül dünyası,
Axtarsan sən orda nələr tapmazsan….
Düzlüyü, saflığı, görüb duyası,
Etibar sədaqət, saf məhəbbəti,
Böyüklük, ucalıq orda görərsən.
Silib təmizləyib nifrəti, şəri,
Qəlb evi rahatdır xoş ülfət üçün,
Ən çətin məqamda üz tutub rahat,
Orda dincələrsən, orda qalarsan.
Aldatmaz yalanlar yerinə yaddır,
Qoynunda gizlənər sonsuz diləklər,
Arzu diləklər də qəlbdə muraddır,
XəyaДєar qurarsan, ümid alarsan,
Г‡atıb muradına kam da alarsan.
Dünyanı dərk edib, dərd unudası,
Ən gözəl dünyadı könül dünyası,
Mehriban İbrahimova

Böyük eşq
Aşiq öz sevgisini saxlasa pünhan ürəyində,
Durar, əlbəttə ki, qəlbi, quruyar qan ürəyində.

Ta ki, öz məşuquna elani-eşq edincə aşiq,
Zənn edər, qalmayacaq zərrə qədər can ürəyində.

Neştəri qönçə gülün, bağrını dəlsə, yenə səbr et,
Oyanar mərhəmət hissi gülü-reyhan ürəyində.

Yetişsə bülbülü-şeyda gülünün vəslinə, əlbət,
Təlatüm eyləyər eşqi, coşar ümman ürəyində.

Guş eyləmə iblisə, könül, mələyə aşina ol,
Xəbisə vermə aman, bəsləmə şeytan ürəyində.

Bir xəta bəs eləyər ki, yolunu azdıra şeytan,
Diqqət et, düşməyəsən qəflətə bir an ürəyində.

İxlasi-eşq ilə dünyanı görən gözlərin olsa,
Cənnətə çevrilər əlbəttə ki, hər yan ürəyində.

Eşqi saf, qəlbi təmiz, sevgisi xalis olan aşiq,
Yaşayar iman içində, olmaz üsyan ürəyində.

Qartalın məskəni zirvə, yetişər çəməndə güllər,
Ahu düzlərdə gözəl, məhəbbət insan ürəyində.

Yazaraq vəsf edə bildinmi, Roman, eşqini, söylə?
Sui-zənn eyləyirəm, var hələ nöqsan ürəyində.
Roman Səfərov

Var imiş

Kim bilir neçədir dünyanın yaşı,
Tarixin nə qədər yazısı vardır.
Hər saxsı parçası, hər məzar daşı
Nəsildən-nəsilə bir yadigardır.
(S.Vurğun)

Alimlər hələ də bilmir dünyanın,
Neçə möcüzəsi, yaşı var imiş?
Min sirri gizlədən daşın, qayanın,
Bəlkə də düşünən başı var imiş.

Olsun ki, o daş da günah işlədib,
Min dərdə, dəhşətə şahidlik edib.
Daşa daş olmağı zülüm öyrədib,
Daşın da gözünün yaşı var imiş.

Neçə yadigarlar uğradı məhvə,
Nə qədər xətalar verildi əfvə.
Doğru görünənlər yazıldı səhvə,
Dünyanın belə də işi var imiş.
Elnarə Günəş

O, payız notuydu

O, payız notuydu
Qırılan bu gün.
Yaşımın bu axşam
Kölgəsi itdi.
Qız sevda dediyin
Bu gündə bitdi.

O, payız notuydu
Qırılan bu gün.
Könlümün o, yetim
Səsi uzaqdı.
Mən adlı oyunda
Kim udacaqdı.

O, payız notuydu
Qırılan bu gün.
Ahımın, İlahi,
Başı dumandı.
O, sevda dediyin
Qəlbimdə yandı.
Alik Dənizsevər

Şeirlərdə qalacaq

İki dünyam var mənim–“
Birində yaşayıram.
Biri məndə yaşayır,
Birin mən daşıyıram.

İki canım var mənim–“
Biri qanımdan keçir.
İkincisi ömrümdən,
Hər bir anımdan keçir.

İki dilim var mənim–“
Bir dilim hər biçimdə.
O biri dilim ilə
Danışıram içimdə.

İki nəfsim var mənim–“
Heç bilmirəm özüm də.
Biri gedən nəfəslə,
Biri qalan gözümdə.

Bir kimliklə yaşayır
İnsan bütün yaşında.
İkincisi yazılır
İnsanın baş daşında.

İki yolum var mənim–“
Biri soldu, biri sağ.
İki qapım var mənim–“
Biri qara, biri ağ.

İki Mirəliyəm mən–“
Birin verən alacaq.
Sizə qalan Mirəli
Şeirlərdə qalacaq.
Mirəli İsmayıllı

Şərh Yaz