Yaddas kitabcasi

Hüquq və vəzifələrimizi bilək

Hüquq və vəzifələrimizi bilək
Hüquq və vəzifələrimizi bilək

22 yanvar tarixində İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbində İsmayıllı Rayon Prokurorluğu, İsmayıllı Rayon İcra Hakimiyyəti və Bilik Fondunun yerli nümayəndəliyinin təşkilatçılığı ilə “Erkən nikaha zərərli vərdişlərə, narkomaniyaya yox deyək, hüquqlarımızı və vəzifələrimizi bilək” mövzusunda növbəti maarifləndirici tədbir keçirildi. Tədbirdə məktəbin yuxarı sinif şagirdləri, müəllimlər və valideynlər də iştirak edirdi. İsmayıllı Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Xətai Abbasov adı çəkilən mövzuda məruzə edərək son zamanlar azyaşlılarla nikah və təhsildən yayınma ilə bağlı problemlərdən danışdı. İsmayıllı rayon prokurorluğunun müstəntiqi Eldar Məmmədov “Narkomaniya sosial bəladır” mövzusu ətrafında çıxış etdi.
“Erkən nikaha zərərli vərdişlərə, narkomaniyaya yox deyək, hüquqlarımızı və vəzifələrimizi bilək” adı altında keçirilən bu təbdirin aktuallığı şagird və müəllimlərin müzakirədə fəal iştirakında da hiss olunurdu.
Tədbir müzakirələr və çıxışlar şəklində keçirildi. Daha sonra müzakirələrdə fəal iştirak edən və mövzu ətrafında sorğu-sualda fəallıq göstərən şagirdlər kitab və digər hədiyyələrlə mükafatlandırıldı.
Tədbirin sonunda məktəbin direktoru, Bilik Fondunun rayon üzrə nümayəndəsi Elçin Məmmədov çıxış edərək qeyd olunan mövzular ətrafında çıxışında bu problemlərin həllində məktəb-şagird-valideyn münasibətlərinin düzgün qurulması vacib şərt olduğu, belə tədbirlərin həm şagirdlərin, həm də ictimaiyyətin maarifləndirilməsində əvəzsiz rolu olduğunu qeyd etdi.
Aynur Orucova,
məktəbin müəllimiHüquq və vəzifələrimizi bilək

məktəbin müəllimi
Hüquq və vəzifələrimizi bilək

Şərh Yaz