Yaddas kitabcasi

Dostluq əlaqələri inkişaf etdirilir

Azərbaycan Respublikasının İsmayıllı şəhəri ilə Fransanın Evian-Le Ben şəhəri arasında qarşılıqlı dostluq və əməkdaşlıq xartiyasının imzalanması məqsədilə nümayəndə heyəti ilə birgə Fransa Respublikasında səfərdə olduq.
Nümayəndə heyətini Evian-Le Ben şəhərinin meri Fransina Mark və şəhər meriyasının digər rəsmiləri qarşılaşdılar və qısa işgüzar söhbət oldu.
Dostluq əlaqələri inkişaf etdirilir
Səhərisi gün meriyanın binasında dostluq və əməkdaşlıq xartiyasının təntənəli imzalanma mərasimi keçirildi.
Mərasimdə çıxış edən Evian-Le Ben şəhərinin meri Fransina Mark İsmayıllıdan gedən nümayəndə heyətini şəhərdə görməkdən məmnunluğunu bildirdi. Mer xartiyanın iki şəhər arasında dostluq əlaqələrini inkişaf etdirmək, görüşlər və təcrübə mübadilələri vasitəsi ilə mədəniyyət, turizm və iqtisadiyyat sahələrində ikitərəfli əlaqələrin inkişafına böyük töhfə verəcəyini mərasim iştirakçılarının diqqətinə çatdırdı.
Daha sonra İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək ölkə Prezidenti cənab İ. Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən islahatlardan, əldə olunmuş nailiyyətlərdən, ölkə başçısının uğurlu xarici siyasətindən danışdı.
M. Sadıqov Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın milli-mədəni irsimizin qorunub saxlanılmasına töhfələrindən söz açaraq onun dəstəyi ilə Lahıc misgərlik sənətinin UNESCO – nun Qeyri-Maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildiyini diqqətə çatdırdı. M.Sadıqov imzalanan xartiyanın bütövlükdə ölkələrimiz arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə əmin olduğunu bildirdi.
Sonra Evian-Le Ben şəhərinin meri Fransina Mark və İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov dostluq və əməkdaşlıq xartiyasını imzaladılar.
Həmin gün nahardan sonra 1789-cu ildən istehsal olunan “Evian” suyunun zavod kompleksi ilə tanışlıq oldu.
Zavodun icraçı direktoru əvvəlcə bu müəssisənin tarixi haqqında, xarici ticarət əlaqələri, istehsalın idarə olunması və s. haqqında məlumatlar verdikdən sonra istehsal prosesi ilə tanışlıq başladı. Ən müasir texniki axın xətləri və digər avadanlıqlarla təchiz olunmuş və elektron idarəetmə sistemi ilə işləyən müəssisənin məhsulları dünyanın 143 ölkəsinə idxal olunduğu qeyd edildi.
Daha sonra Evian şəhərinin sərgi salonunda ingilis fotoqrafı Martin Parrın fotolarından ibarət sərgiyə tamaşa etdik və şəhərin görməli yerləri ilə tanış olduq.
Pərviz Ağayev
İsmayıllı bələdiyyəsinin sədri

Şərh Yaz