Yaddas kitabcasi

Fəaliyyətin istiqamətləri müəyyənləşdirilib

Yanvar ayının 14-də İsmayıllı RİH-nin başçısı yanında dini komissiyanın üzvləri, icma sədrləri, imam, axund və dini ayin icraçılarının birgə iclası keçirilib.
İclası giriş sözü ilə RİH-nin başçısı Mirdaməd Sadıqov açıb. Başçı islam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda dini tolerantlığın, dözümlülüyün mövcud olduğunu diqqətə çatdırıb. Azərbaycan xalqının, dövlətimizin digər dini və milli mənsublara hörmət və ehtiramının sonsuz olduğunu bildirib.
Müzakirələrdə rayondakı din xadimlərinin fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Dini radikallara qarşı mübarizə tədbirlərinin gücləndiriləcəyi toplantı iştirakçılarının diqqətinə çatdırılıb
Fəaliyyətin istiqamətləri müəyyənləşdirilib
Sonra RİH başçısının birinci müavini, RİH başçısı yanında dini komissiyanın sədri Rövşən Ağayev çıxış edərək komissiyanın il ərzində gördüyü işlər barədə məlumat verib, komissiyanın yeni tərkibi müəyyən edilib və gələcək fəaliyyət müəyyən edilib.
Rayonda dini durumu daha da yaxşılaşdırmaq tədbirləri barədə İsmayıllı “Cümə” məscidinin imamı Şahzadə Bilalov, dövlət qulluğu veteranı Valeh Salehov, Veteranlar Şurasının sədri Abduləli Əliyev və başqaları çıxış ediblər. Onlar respublika Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi sayəsində ölkəmizdə tolerantlıq, digər xalqlara, onların adət və ənənələrinə hörmət səviyyəsi daha da yüksəldiyini qeyd ediblər.
Cənab Prezident 2016-cı ili “Multikulturalizm ili” elan etdiyi bir daha vurğulanıb. Qeyd olunub ki, bu bizi daha fəal olmağa, dini təbliğat, maarifləndirmə tədbirlərini gücləndirməyə istiqamətləndirir.
Sonda RİH-nin baş məsləhətçisi, İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmovun dini qurumlarla işin təşkilatçısı vəzifəsinə təyin olunması toplantı iştirakçılarının diqqətinə çatdırılıb.
M.Məhərrəmov

Şərh Yaz