Yaddas kitabcasi

İnqilab Həsənov –“ 80 Həyatın enişini də, yoxuşunu da inamla gedib, yorulmayıb

Basqaldan ötüb, Zeyvəni keçib, Xankəndini və Kürdüvanı seyr edib Niyal dağının ətəklərinə sığınan Mücüyə çatırsan. Özündən də razı qalırsan ki, belə bir tarixi, qədim, Azərbaycan ziyalılığında, ticarətində, toxuculuğunda xüsusi yeri olan məkana gəlmisən.
2016-cı il yanvar ayının 13-də 80 yaşı tamam olmuş rayon Ağsaqqallar Şurasının sədri İnqilab Həsən oğlu Həsənov da özünü xoşbəxt sanır ki, ömrü öz başlanğıcını Mücüdən götürüb.
İnqilab Həsənov –“ 80   Həyatın enişini də, yoxuşunu da inamla gedib, yorulmayıb

Basqaldan ötüb, Zeyvəni keçib, Xankəndini və Kürdüvanı seyr edib Niyal dağının ətəklərinə sığınan Mücüyə çatırsan. Özündən də razı qalırsan ki, belə bir tarixi, qədim, Azərbaycan ziyalılığında, ticarətində, toxuculuğunda xüsusi yeri olan məkana gəlmisən.
2016-cı il yanvar ayının 13-də 80 yaşı tamam olmuş rayon Ağsaqqallar Şurasının sədri İnqilab Həsən oğlu Həsənov da özünü xoşbəxt sanır ki, ömrü öz başlanğıcını Mücüdən götürüb.
İnqilab Həsənov –“ 80   Həyatın enişini də, yoxuşunu da inamla gedib, yorulmayıb
Yubliyar körpə ikən atası ikinci Dünya müharibəsinə getdikdən sonra ailənin tənha ümidgahı olan anası ilə birgə 1942-ci ildə İsmayıllıya köçüb. Orta təhsilini 1954-1955-ci tədris ilində müvəffəqiyyətlə başa vurub. Oxuduğu müddətdə müəllimlərindən, İsmayıllı təhsili qarşısında xüsusi xidmətləri olan İsrayıl Həsənovdan böyük qayğı görüb.
Yetimlik, ağır həyat tərzi İnqilabı çox sıxsa da, oxumaq, təhsil almaq istəyi onu tərk etməyib, elə bu istəklə də Şamaxı Zoobaytarlıq Texnikumunun zootexnik şöbəsinə qəbul olunub, 1959-cu ildə orta ixtisas təhsilli mütəxəssis diplomu ilə İsmayıllı Kənd Təsərrüfatı İdarəsinə göndərilib. Həmin ildə də rayon mərkəzini əhatə edən “Şəfəq” kolxozuna baş zootexnik kimi təyinat alıb.
İnqilab Həsənovu yaxından tanıyanlar bilirlər ki, o çox diribaş mütəhərrik, yerində bir an dəyanmayan, olanlarla kifayətlənməyən bir insandır. Bu keyfiyyətlər 1963-cü ildə onu Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutuna aparıb. 1968-ci ildə zoomühəndislik fakultəsini bitirib və yenidən öz elinə-obasına qayıdıb. Bir müddət “Şəfəq” kolxozunda işlədikdən sonra təsərrüfatlararası kökəltmə birliyinə direktor vəzifəsinə göndərilib. İndi özü ağsaqqallar şurasına rəhbərlik edən İnqilab kişi gəncliyində həmişə ağsaqqalların göstərişinə, məsləhətinə qulaq asıb. Ət tədarükü məntəqəsinin müdiri işləmiş Sırac Ağayevi bir ata səviyyəsində qəbul edib, onun təsərrüfatı idarəetmə təcrübəsinə yiyələnib.
İnqilab Həsənov –“ 80   Həyatın enişini də, yoxuşunu da inamla gedib, yorulmayıb
Etimad göstərilən hər bir işdə özünü doğruldan İnqilab Həsənova 1970-ci illərdə Respublikanın ən iri taxılçılıq və heyvandarlıq təsərrüfatı olan “Sovet Azərbaycanın 40 illiyi” sovxozunun (Qubaxəlilli kəndi) direktoru vəzifəsi etibar olunub. Yaxşı işləyib, uğurlar qazanıb, əməkçilərə qayğı göstərib. Kimlərinsə təqsiri üzündən bir müddət bekar qalan Həsənov Soltankənd kəndindəki Aşıq Ələsgər adına kolxozun sədri seçilir, sonra isə 3 min başlıq südçülük kompleksinə başçılıq edir. Daha sonra sovetlərlə birgə ictimai təsərrüfatlar da dağılır. Diribaş mütəxəssislər özəl iş qurur, yeni istiqamətlərdə fəaliyyət göstərirlər. İnqilab Həsənov da diribaşlar sırasında olaraq öz şəxsi təsərrüfatını yaradır, özünə güvənir, dolanacaq üçün kiminsə qapısını döymür.
Təsərrüfat göstəriciləri həmin il üçün yadda qalır, ancaq elə əməllər var ki, onlar təqdir olunur, həmişəlik xatirələrdə yaşayır, müəllifinə rəhmət qazandırır.
İ.Həsənov Qubaxəlillidə sovxoz direktoru olarkən İkinci Dünya müharibəsində həlak olanların xatirəsinə abidə ucaltdı, şam və küknar ağaclarından ibarət meşə zolaqları saldırdı. 1928-ci ildə sovxoz yaradılarkən Azərbaycanın bir çox yerlərindən insanlar işləmək üçün buraya köç etmişdilər. Dünyasını dəyişən olanda cənazə dəfn üçün nəslin gəldiyi yerə aparılırdı. Direktor bu halı məqbul hesab etmədi. Ağsaqqallarla məsləhətləşib yer ayırdı, ilk dəfn mərasimini özü təşkil etdi. Nəticədə, insanlar uzaq yolların əziyyətindən xilas oldular. Seyid Mirkamilin sərdabəsi də həmin məzarlıqdadır.
İnqilab Həsənov –“ 80   Həyatın enişini də, yoxuşunu da inamla gedib, yorulmayıb
Zootexnik, təsərrüfat rəhbəri, mütəxəssis kimi yubliyarın müsbət keyfiyyətlərindən uzun-uzadı danışmaq olar. Lakin, yazılanları kafi hesab edir və özümə sual verirəm:- İnqilab Həsənovu qonşu, vətəndaş, ata, ailə başçısı kimi necə xarakterizə etmək olar? 4 qız, 3 oğul, atası olan Həsənov övladlarını Azərbaycanımıza layiq, milli mənəvi-dini dəyərlər əsasında tərbiyə edib. İndi nəvələri də o istiqamətdə böyüyürlər. Tərbiyədə güzəştli mövqe tutmayıb, əməyə, şəxsi nümunəyə üstünlük verib. Böyük oğlu Həsən atasının ixtisasına yiyələnib. Neçə illərdir kənd təsərrüfatı sahəsində səmərəli fəaliyyət göstərir, Siyavuş mühəndisdir, şəhər İƏD üzrə nümayəndəlikdə işləyir. Pərviz əsil vətənpərvər oğul kimi Qarabağ müharibəsində rəşadətlə vuruşub, konfuziya alıb, əlil olaraq evinə qayıdıb. Qızların dördü də ailə qurub, xoşbəxtdirlər, ağıllı, tərbiyəli övladlar böyüdürlər. Həsənin oğlu Hüseyni görənlərdə onun timsalında o biri nəvələr barədə də ən yaxşı fikirlər formalaşar.
İnqilab övladlarına qarşı necə qayğıkeşdirsə, bacısına, qohumlarına da o səviyyədə münasibət göstərir.
Qonşu, vətəndaş kimi də səksəni haqlamış kişidən tanıyanlar həmişə razılıq edirlər. Kiminsə haqqına girən deyil, gənclərə münasibətdə qayğıkeş və səmimidir. Yeri gələndə iradlarını bildirməkdən də çəkinmir. Kəndini, bölgəsini, vətəndaşı olduğu Azərbaycanı qəlbən sevəndir. Yaxşını, yaxşılığı görməyə gözləri dörddür. İctimai fəallığı ilə seçilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2003 və 2005-ci illərdə İsmayıllıya səfər edərkən İnqilab Həsənov ali qonağı qarşılayanların ön sırasında olub.
Bir müsəlman kimi də boynuna düşən vəzifələri layiqincə yerinə yetirir. Həcc ziyarətində olub, Kərbəla və Məşhədə ziyarətə gedib. Bütün bunları dini titul qazanmaq üçün yox, Allahla bəndə arasında olan islami borclardan şərəflə çıxmaq üçün edib.
İşdən, həyatın gedişindən, dünyanın gərdişindən əsla yorulmayan Həsənov rayon ağsaqqallar şurasına müvəffəqiyyətlə rəhbərlik edir. Cəmiyyətdə, sosial həyatda öz yerini yaxşı görür, ərki çatan, sözü keçərli olan yerlərə qədər də bunu məsləhət bilir. Yersiz, əsassız iddialara düşmür. Bunları ona görə qeyd etməyi vacib sayıram ki, ardımızca gələnlərin bəzilərində bu keyfiyyətləri görmürük. İnqilab Həsənov kimi kişilərdən nümunə götürməyə dəyər. Bütün bu keyfiyyətlərinə görə Respublika Ağsaqqalar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı, alim Mirdaməd Sadıqov ömrün 80 illik zirvəsinə ləyaqətlə çatan İnqilab Həsənova böyük hörmətlə yanaşır, onun ictimai fəaliyyətini təqdir edirlər.
İnqilab Həsənovun həyatına bu yazı vasitəsilə qısa ekskurs edəndən sonra bir daha o fikrimdə qalıram ki, yubiliyar həyatın enişini də, yoxuşunu da inamla, ləyaqətlə gedib, heç vaxt da yorulmayıb.
Hörmətli İnqilab kişi, mənə o haqq verilib ki, rayon rəhbərliyi, ağsaqqalları, ictimaiyyət nümayəndələri, sinif yoldaşların, qonşuların, dostların adından deyim: 80 yaşın mübarək!
Valeh Salehov,
Dövlət qulluğu veteranı

Şərh Yaz