Heç kəs unudulmur…

Hər bir xalqı yaşadan ən ali məziyyətlərdən biri də öz tarixinə, öz keçmişinə dərindən bağlı olması, ona sayğı göstərməsidir. Aqillərdən biri yaxşı deyib ki, “keçmişinə güllə atanı, gələcək topa tutar”. Necə də müdrik ifadədir. Bəli tarixinə, milli-mənəvi dəyərlərinə hörmət və məhəbbətlə yanaşmayan hər bir kəs kökü ilə torpağa bağlı olmayan bir ağaca bənzəyər. Zəif bir külək onu yerlə, yeksan edər. Məhz buna görə də böyüyən nəslin tərbiyəsində ulularımızın fəzilətlərindən faydalanmalı, etdikləri xətalardan da dərs almalı, bəxtimizə düşən xoşbəxtliklərin qədrini bilməli, onların inkişafı bizim ali məqsədimiz olmalıdır.
Heç kəs unudulmur...
Taleyimizə düşən xoşbəxtliklərdən biri də vətənpərvərlik duyğularına rəvac verən, Г‡ar hökümətinin qısqanclıqla xalqımıza qadağan etdiyi hərb sənətindəki möcüzələrimizdir ki, tarixin yaddaşında əbədi yaşayacaq, neçə-neçə igidlərimizə ruh və qüvvə verəcək.
Bu mənada bu yaxınlarda böyük minnətdarlıq duyğuları ilə dövlət səviyyəsində andığımız Azərbaycan xalqının hərb salnaməsinə unudulmaz səhifələr yazan, 40 il Г‡ar ordusuna xidmət etmiş, İmperiya ordusunun ən bacarıqlı xadimi, tam artilleriya generalı kimi ali rütbəyə layiq görülən ilk azərbaycanlı, eyni zamanda milli ordumuzun yaranmasında əvəzsiz xidmətləri olan Səməd bəy Mehmandarovun və eyni zamanda hərb sənətində özünəməxsus imza qoyan, Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətləri yazılmalı, milli-mənəvi dəyərlərimizin təbliği və yetişən nəslin hərbi vətənpərvərlik, vətənə məhəbbət və sədaqət ruhunda tərbiyələnməsində mühüm rol oynayacaqdır.
Məhz buna görə də Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında, Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2015-ci il tarixli, 1132 nömrəli Sərəncamın icrası ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14 aprel 2015-ci il tarixli 46/1 nömrəli əmri ilə təsdiq edilmiş, “görkəmli hərbi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, general Səməd bəy Mehmandarovun anadan olmasının 160 illiyi yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2015-ci il tarixli 1428 nömrəli sərəncamlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirinin 20 oktyabr 2015-ci il tarixli 1012 nömrəli əmrini rəhbər tutaraq gənc nəslin Azərbaycançılıq məfkurəsinə uyğun vətənə məhəbbət ruhunda tərbiyəsində əhəmiyyətini nəzərə alaraq İsmayıllı Rayon Təhsil Şöbəsində əsaslı işlər görülmüşdür.
Tədbirlər planında nəzərdə tutulan məsələlər, Rayon Təhsil Şöbəsində geniş müzakirə olunmuş, hər iki məşhur hərbiçinin yubileyləri ilə əlaqədar təhsil müəssisələrinə tövsiyə xarakterli məktub göndərilmiş, görüləcək işlər və həyata keçiriləcək tədbirlər dəqiqləşdirilmiş, icra müddəti dəqiqləşdirilmiş və məsul şəxslər müəyyənləşdirilmişdir.
Heç kəs unudulmur...
Yubileylərlə bağlı rayonun ümumi və tam orta məktəblərində əsaslı işlər görülmüş, məktəb divar qəzetlərinin və bülletenlərin xüsusi nömrələri hazırlanmışdır. Kitabxanalarda zəngin guşələr yaradılmış, müxtəlif mövzularda rəngarəng söhbətlər dəyirmi masalar təşkil olunmuş, tarixi mövzularda disputlar keçirilmişdir.
Rayonun şəhər 3 nömrəli, Talıstan və Cülyan kənd tam orta məktəblərində Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətinə həsr olunmuş məruzələr oxunmuş, oktyabr ayında Rayon Təhsil Şöbəsində “Kəngərli nəslinin sonuncu generalı” mövzusunda ədəbi-bədii gecə keçirilmişdir.
İyun ayında İsmayıllı rayonundan olan, Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alan şagirdlərlə görüş keçirilmiş, onların hərb sənəti haqqqında maraqlı çıxışları dinlənilmişdir. Şəhər 6 nömrəli tam orta məktəbində ümumtəhsil məktəblərinin rəhbərləri və X-XI sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirilmiş, hərb sənəti ilə fikir mübadiləsi aparılmış, Cəmşid Naxçıvanskinin həyat və fəaliyyəti haqqında maraqlı fikirlər dinlənilmişdir.
Təzəkənd, Diyallı, Vəng, Basqal tam orta, Müdri, Tağlabiyan, Bizlan, Xanagah ümumi orta məktəblərində Səməd bəy Mehmandarovun fəaliyyətini əks etdirən foto-stendlər və albomlar hazırlanmış, noyabr ayının hər şənbə günləri yaşıllaşdırma işləri aparılmışdır.
Kürdmaşı, Cülyan, Diyallı, Hacıhətəmli, Talıstan, Lahıc, Soltankənd, Topçu, İstisu, Xankəndi tam orta məktəblərində, Göytəpə, Qaraqaya, Ağbulaq, Balik ümumi orta məktəblərində müxtəlif mövzularda inşa yazı, rəsm müsbiqələri təşkil olnmuşdur.
Ayrı-ayrı məktəblərdə “Cümhuriyyət generalları” filminə kollektiv baxış, “ General Səməd bəy Mehmandarov və müasir gənclik” mövzusunda müharibə veteranları ilə görüşlər keçirilmişdir.
Ruşan tam orta məktəbində “Azərbaycan oğluyam” devizi altında mahnı müsabiqəsi keçirilmişdir.
Qurbanəfəndi, Ruşan, Topçu, Aşıqbayramlı, Qubaxəlilli, Gəraybəyli kənd tam orta məktəblərində yubileyə həsr olunmuş şeir müsabiqələri, hərbi yürüşlər təşkil olunmuşdur.
Basqal, Sumağallı, Mollaisaqlı, Kürdeldarbəyli, Hacıhətəmli tam orta, məktəblərində, Gideyli, Balik, Aşağı Zərnava, Xəlilli ümumi orta, məktəblərində general Səməd bəy Mehmandarovun “Azərbaycan tarixində rolu” mövzularda dəyirmi masalar keçirilmişdir. Məktəblilərin hərbi vətənpərvərlik tərbiyəsinin artırılması məqsədi ilə ayrı-ayrı məktəblərdə Səməd bəy Mehmandarovun xatirəsinə həsr olunmuş şeir müsabiqələri keçirilmişdir.
İvanovka, Basqal, Cülyan, Qalınçaq, Ruşan tam orta məktəblərində S.Mehmandarovla bağlı ədəbi-bədii kompozisiyalar təşkil olunmuşdur.
Təzəkənd tam orta məktəbinin bir qrup müəllim və yuxarı sinif şagirdləri tərəfindən generalın vəfatı gününə Bakıda qəbrinin ziyarət olunması nəzərdə tutulmuşdur.
Hər iki yubileylə bağlı keçirilən tədbirlər haqqında məlumatlar Təhsil Şöbəsinin saytında yerləşdirilmiş, mətbuatda işıqlandırılmışdır.
Bütün bunlar generalların həyat və fəaliyyətlərinin öyrənilməsinə marağı artırmaqla yanaşı, məktəblilərin hərbi-vətənpərvərlik tərbiyəsində mühüm rol oynayacaqdır.
Rəna Mirzəliyeva,
İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti

Şərh Yaz