Həmyerlilərimiz: Belə yaşayasan yaşayanda da

Onu görənlər istər-istəməz ürəklərindən hər dəfə belə bir duyğu keçirirlər:
Belə yaşayasan yaşayanda da…
Dost-qardaş olasan yaxına, yada.
Adətən, İslam müəllim haqqında yazı yazanda sanki onun önündə hesabat verirəm. Г‡ünki, İslam İslamov o qədər işgüzar, bacarıqlı, təcrübəli, səmimi və tələbkar insandır ki, adam onu mühəndis –“ energetikdən, müəllimdən daha çox filosofa oxşadır. Əslində elə İslam müəllim energetika üzrə fəlsəfə doktorudur. Məhz buna görədir ki, hər iki sahənin mütəxəssisi kimi 40 ildən çoxdur istehsalatda çalışır. Həm təcrübi, həm elmi, həm də mənəvi cəhətdən o qədər zəngindir ki, bu xüsusiyyətlərinə görə onu görənlər qarşısında ehtiramla baş əymək istəyir.
 Həmyerlilərimiz:  Belə yaşayasan yaşayanda da
İslamov İslam Zalı oğlu 1951-ci ildə yanvar ayının 22-də yaşıl meşələr, göy çəmənlər, al-əlvan yamac qoynunda yerləşən Təzəkənddə doğulub. Bu kənd həqiqətən də həmişə təzədir. Əməksevər adamları biliyə, elmə maraq göstərən çox sayda şagird və müəllimləri, yetişdirdiyi mühəndis, həkim, iqtisadçı, hüquqşünas, alim və sənətkarları ilə. Bu kəndi İsmayıllı rayonunda digər kəndlərdən yaxşı cəhətləri ilə fərqlənən bir sıra amillər var.
İslam İslamov 1957-ci ildə həmyaşıdları Ağalar, Əlimövsüm, Ramazan, Mayıl, Zakir, Şəfıqə, Dilbər və başqaları ilə birlikdə (indi onların hər biri bir təşkilatın, bir sahənin nümunəvi mütəxəssisidir) orta məktəbin 1-ci sinfinə yollanmış, 1967-ci ildə məktəbi əla qiymətlərlə bitirmişdir. Elə həmin il müvəffəqiyyətlə imtahan verərək M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun (indiki Neft Akademiyası) energetika fakültəsinə daxil olmuşdur. Bu, onun illərlə qəlbində bəslədiyi ən böyük arzusu idi.
İnstitutu bitirdikdən sonra o, təyinatla Sumqayıta gəlmiş, 1972-ci ildə Şəhər Elektrik Şəbəkəsində usta kimi əmək fəaliyyətinə başlamışdır. Sonrakı illərdə növbətçi mühəndis, xidmət rəisinin müavini, şəbəkə rayonunun rəisi, baş mühəndis olmuşdur. 1984-cü ildə isə Sumqayıt Elektrik Şəbəkəsinin direktoru vəzifəsinə təyin olunmuşdur. 16 ildən çox bu vəzifədə çalışmaqla o, nəinki Sumqayıtın, hətta Şimal rayonlarının da elektrik təchizatında bir çox yeniliklər həyata keçirmiş, üst-üstə 7-8 rayonu tam surətdə nura qərq etmişdir.
2002-ci ilin əvvəllərində İ.İslamov öz bacarığına və energetika sahəsindəki nailiyyətlərinə görə Respublika Sənaye və Energetika Nazirliyinə dəvət olunmuş, orada həm təcrübi, həm də elmi biliklərini geniş sürətdə həyata keçirmişdir.
2005-ci ildə İ.İslamovun həyatında daha bir yenilik baş vermişdir. O, “Azərikimya” Dövlət Şirkəti prezidentinin müşaviri vəzifəsinə təyin olunmuşdur. O vaxtdan bu böyük kimya müəssisəsinin energetika sahəsinin inkişafında o, çox işlər görmüşdür.
Dediyim kimi, İslam müəllim istehsalat mütəxəssisi, elm adamıdır. Təsadüfi deyildir ki, o, 1995-ci ildə ictimai əsaslarla Patent İnstitutunu bitirmişdir. O cümlədən, Esman adına Energetika İnstitutunun dissertantı olmuşdur. Sonrakı illərdə elmi işini müvəffəqiyyətlə müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. O, Sumqayıt Sənaye İnstitutunun elektrik təhcizatı kafedrasında çalışaraq neçə-neçə gənc mühəndis-energetikin yetişməsinə yorulmadan bilik və təcrübəsini sərf etmişdir. Ona görə də indi nəinki Sumqayıtda, hətta respublikamızın hər yerində onun yetişdirdiyi mühəndis-energetiklərə rast gəlmək mümkündür.
İslam müəllimin uzunmüddətli səmərəli elmi və təcrübi işi, geniş ictimai fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə Respublika Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ona “Əməkdar mühəndis” fəxri adı verilmişdir. Bu, İslam İslamovun ömrünün 62-ci ildönümündə qazandığı böyük nailiyyətlərdən biridir.
Respublikanın Əməkdar mühəndisi, texnika üzrə fəlsəfə doktoru, Sumqayıt Dövlət Universitetinin müəllimi, dosent İslam İslamov yaxşı alim olduğu kimi, yaxşı da ailə başçısıdır. O, üç övlad atasıdır. Övladları da valideynlərinin yolunu davam etdirmiş, ali təhsil almışlar. İndi onların hər biri bir iş, bir vəzifə sahibidir.
Onu da deyək ki, İslamovlar ailəsində 6 uşaq (3 oğlan, 3 qız) dünyaya gəlmişdir. İslam müəllim onların hamısından böyük olduğuna görə özündən sonra gələn uşaqların həyatda yüksək mövqe tutmalarında ata-anası ilə birlikdə onun da böyük rolu olmuşdur. Məhz onun doğma münasibəti və tələbkarlığı sayəsində qardaşlardan Xəyyam Azərbaycan Politexnik İnstitutunun Avto-nəqliyyat fakültəsini bitirmişdir. O, 30 ildən çox Bakı şəhərində avtomobil müfəttişi işləmişdir. Hazırda polis mayoru rütbəsində istefadadır.
Kiçik qardaş Nasim isə bir neçə il bundan qabaq Moskvada Qoryaçkin adına Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. İndi İsmayıllı Peşə Tədris Mərkəzində müəllim işləyir. Onların övladları da böyük qardaş İslam müəllimin övdarları kimi ali məktəb yolunu seçmişlər. Müxtəlif institutu və universitetləri bitirənləri də var, təhsilini davam etdirənləri də.
Hər gün asta addımlarla Sumqayıt Dövlət Universitetindən evə dönəndə ona yorğunluğu unutduran, xəyalında onu uşaqlıq və məktəb illərinə aparan yeddi şirin-şəkər nəvəsi var. Onlar öz hal-hərəkətləri ilə bilirsiniz babalarına nə qədər sevinc bəxş edirlər?! Hazırda ən böyük nəvəsi Müşfiq Amerika Universitetlərindən birində təhsil alır.
İslam müəllim istehsalat, elm, təhsil, maarif və mədəniyyət adamı olduğu kimi, din-ilahiyyat sahəsində də həmişə ulularımızın yolunu inamla davam etdirənlərdəndir. Məhz bu inam 2014-cü ildə onu Məkkəyə – Həcc ziyarətinə aparıb çıxarmışdır. O, Məkkə və Mədinədə müqəddəs yerləri ziyarət etmiş, xalqımızın və torpaqlarımızın azadlığına, xoşbəxtliyinə dair sonsuz arzularının yerinə yetirilməsi barədə böyük Allah qarşısında xeyli dualar etmişdir. Onun böyük oğlu Ceyhun da bir-iki il bundan qabaq müqəddəs Məkkə ziyarətində olmuş, mühəndis, iş adamı kimi Hacı adını öz işində və əməlində həmişə doğrultmağa əhd-peyman etmişdir.
İslam müəllim təkcə vəzifədə deyil, ailədə, oğul-uşaq sevməkdə, insanlıqda, dostluqda, yoldaşlıqda və səmimiyyətdə də həmişə əməkdar olduğuna görə daim alqışlanır və hörmətlə yad edilir.
Onun barəsində əbəs yerə deməyiblər:
Ürəkdən vuruldun elə, Vətənə,
İslam Zalı oğlu dedilər sənə.
Zəhmətə baş əyib hey dönə-dönə,
Г‡atdın şan-şöhrətə, İslam müəllim!
P.S. Bir neçə gün əvvəl (22 yanvar) Prezident təqaüdçüsü, texnika üzrə fəlsəfə doktoru, dosent İslam İslamovun anadan olmasının 65 illiyi tamam oldu. Bu münasibətlə yubilyarı çoxsaylı tələbələri, müəllim yoldaşları, dost-tanışları və doğmaları ürəkdən təbrik edir, ömrünün yüzüncü baharına da elə bu cür fərəhlə, şan-şöhrətlə, belə yaşamaqla gəlib çatmasını arzulayırlar. Bu təbriklərə biz də qoşuluruq.
[thumb=left]http://ismayilli-xeberleri.info/uploads/posts/2015-12/1451557603_36.j
İldırım Dəmirli,
şair-jurnalist, “Qızıl qələm” mükafatı laureatı

Şərh Yaz