Vətəni təmsil və təbliğ etmək

19 dekabr 2015-ci il tarixdə “Demokratik İslahatçı Gənclər” ictimai birliyi Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və İsmayıllı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Bakı şəhərindən gəlmiş bir qrup jurnalistlə İsmayıllı Peşə Tədris Mərkəzi, İsmayıllı Dövlət Humanitar Texnologiya Kolleci və İnnovasiya qrupunun fəal gənclərinin iştirakı ilə “Səfir olsaydım, Azərbaycanı necə təbliğ edərdim” layihəsi çərçivəsində tədbir keçirilib.
Vətəni təmsil və  təbliğ etmək
Tədbiri İsmayıllı Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov açıb. İsmayıllı gənclərinin fəallığını uğurlu nəticələrini qonaqların diqqətinə çatdırıb.
Birliyin rəhbəri Vüsalə Hüseynova layihə barədə ətraflı məlumat verib. Layihənin məqsədini açıqlayan V.Hüseynova hər bir vətəndaşın, xüsusilə gənclərin vətəni təmsil və təbliğ etməkdə nümunə olmağa can atmasının vacibliyindən danışıb. Layihə çərçivəsində aparılan müzakirələrdə gənclər müxtəlif fikir və təkliflər səsləndiriblər.
Şəhla Qafarova

Şərh Yaz