Sənətlərin yaşaması üçün

Dekabr ayının 26-da İsmayıllı Peşə Tədris Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” ictimai birliyi “Əsrlərdən gələn sənətimiz” layihəsi çərçivəsində ikinci təlimini keçirib.
Sənətlərin yaşaması üçün
İctimai birliyin sədri Kəmalə Məmmədli bildirib ki, “Əsrlərdən gələn sənətimiz” layihəsinin təqdim olunmasında məqsəd itirilməkdə olan sənətlərin dirçəldilməsinə, yerli sənətkarlıq bazarının inkişaf etdirilməsinə, bölgələrdə yaşayan gənclərə qayğı, ümumilikdə, işsizliyin azalmasına və məşğulluğun artırılmasına dəstək olmaqdan ibarətdir.
Tədbirdə xalçaçılıq, aşpazlıq qruplarının şagird və müəllimləri ilə bərabər RİH-nin əməkdaşı Gülər Baxışova da iştirak edib.
Aparılan sorğu əsasında iştirakçıların mövzu ilə bağlı rəy və təklifləri öyrənilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz