Nümunə məktəbi olan lider

Dekabr ayının 9-da İsmayıllı poçt filialında ümummilli lider Heydər Əliyevin anım günü münasibəti ilə tədbir keçirilib. Dahi şəxsiyyətin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə filialın rəisi Pənah Söhbətov açıb. O, Heydər Əliyevin Azərbaycan dövləti və Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən danışıb. Ölkədəki dinamik inkişafın məhz Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirən natiq informasiya-kommunikasiya texnologiyalarının bugünkü nailiyyətlədində də dahi şəxsiyyətin əməyi olduğunu diqqətə çatdırıb.
Nümunə məktəbi olan lider
Tədbirdə çıxış edən Rəhman Nuğayev bildirib ki, Ümummilli lideri zaman-zaman anmaq, onun parlaq ideyalarını bəyənmək, göstərdiyi yolu uğurla getmək hər birimizin borcu və şərəf işi olmalıdır. Г‡ünki o, Azərbaycanın xilaskarı, müstəqilliyimizin memarıdır.
Filialın gəncləri adından çıxış edən, bu sətirlərin müəllifi Səxavət Zülfiyev bu gün gənclərə göstərilən diqqət və qayğının kökündə Heydər Əliyev ideyalarının durduğunu bildirib, Ulu öndərin keçdiyi ömür yolunun, göstərdiyi misilsiz xidmətlərin gənclər üçün bir nümunə məktəbi olduğunu vurğulayıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tədbirdə iştirak edən səlahiyyətli nümayəndəsi Cümşüd Dadaşov ulu öndər Heydər Əliyevin xidmətlərinin böyük və çoxsahəli olmasından, qurduğu təməl üzərində siyasi kursun prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb.
Tədbir iştirakçılarından Günay Osmanova, Elşən İsmayılov, Tünzalə Həsənova, Azad Həbibov da çıxışlarında Ümummilli liderə ehtiram ifadə edilən fikirlərini diqqətə çatdırıblar.
Səxavət Zülfiyev,
İsmayıllı poçt filialının şöbə rəisi

Şərh Yaz