Əbədiyaşar şəxsiyyətin xatirəsi yad edilib

Rayonun Statistika idarəsinin kollektivi də əksər müəssisə və təşkilatlarda çalışanlar kimi ulu öndər Heydər Əliyevin anma mərasimində yaxından iştirak ediblər. Kollektiv ürəklərdə yaşayan Ümummilli liderin rayon mərkəzindəki abidəsini ziyarət edərək abidə önünə tər güllər düzüblər.
Kollektivin anım gününə həsr etdiyi yığıncaqda əbədiyaşar şəxsiyyətin xatirəsi yad edilib. İdarənin rəisi Əziz Əzizov Heydər Əliyevin həyat və fəaliyyəti, siyasi irsi və milli-mənəvi dəyərlərimizə göstərdiyi diqqət, bu sahələrdə bugünkü uğur və nailiyyətləri barədə geniş məlumat verib.
Г‡ıxışlarda zaman keçdikcə Ulu öndərin yalnız azərbaycanlılar deyil, tərəqqipərvər bəşəriyyət tərəfindən böyük ehtiramla anılacağı bildirilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz