Ləyaqətlə ödənilməli borc

İsmayıllı Telekommunikasiya qovşağı 9 dekabr 2015-ci il tarixdə YAP Telekommunikasiya qovşağı ilk təşkilatının iclasını keçirib. Əvvəlcə müasir Azərbaycanın memarı və qurucusu, YAP-ın yaradıcısı ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükut içində dərin ehtiramla yad edilib.
Ləyaqətlə ödənilməli borc
Təşkilatın sədri, qovşağın rəisi Elxan Əliyev dahi şəxsiyyətin keçdiyi mənalı, nəsillərə örnək olan ömür yolu barədə ətraflı məlumat verib. O bildirib ki, artıq 12 ildir Ulu öndər aramızdan gedib. Lakin illər keçdikcə biz ümummilli lider Heydər Əliyevin böyüklüyünü, müdrikliyini, həyatını həsr etdiyi xalqını, vətənini necə bir məhəbbətlə sevdiyini daha çox anlayırıq.
Heydər Əliyev ilin bütün günlərində ürəklərdə, yaddaşlardadır. Xalqımız bir qərinədən çox müddətdə həmişə güvəndiyi, fəxr etdiyi, müstəqil dövlətçiliyimizin xilaskarı olan, milli-mənəvi, tarixi dəyərlərimizi qoruyan və ölkənin inkişaf strategiyasını müəyyən edən lideri həmişə anacaq, xatirəsini əziz tutacaqdır.
Tarixi şəxsiyyətlər dünyasını dəyişdikdə söz yox ki, cismani yoxluqları hiss olunur. Lakin Heydər Əliyev həmişə bizimlədir. Г‡ünki ölkədə onun ideyaları yaşayır, qurduğu siyasət yürüdülür, siyasi irs davam etdirilir.
Azərbaycanın müstəqilliyi yaşadıqca Heydər Əliyev də bu siyasət və ənənələrdə yaşayacaqdır.
E.Əliyev çıxışının sonunda bildirib ki, biz əməli işimizlə bu dahi şəxsiyyətin runuhu daim şad etməyə borcluyuq və hər bir azərbaycanlı bu borcu ləyaqətlə ödəməlidir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz