Diqqət: Qalagahda dəyirman işə düşdü

İsmayıllı rayonunun Qalagah kəndi ərazisində “Bərəkət” MMC-nin səyi nəticəsində mövcud dəyirman müasir avadanlıqlar hesabına təmir olunmaqla istifadəyə tam yararlı vəziyyətə gətirilmişdir. Dəyirmanın ərazisi hasara alınmış, həyətdə zövq oxşayan abadlıq işləri aparılmışdır.
“Kənd təsərrüfatı ili”ndə burada həyata keçirilən yeniliklər rayon əhalisi, xüsusilə də ətraf kəndlərdə yaşayanlar üçün bir hədiyyədir.
Dəyirman fasiləsiz işləyir və bütün növlər üzrə un verə bilmək imkanlarına malikdir. Xidmətdən növbəsiz yararlanmaq mümkündür. Belə ki, istifadəçi dəyirmana gətirdiyi buğdanı təhvil verməklə, dərhal, üyütmədən sonrakı çəkidə hazır məhsul, un qəbul edə bilər.
Dəyirmanda istifadəçilərin istirahəti və iaşə xidmətindən yararlanması üçün də imkanlar yaradılıb.
İvanovka-Mollaisaqlı asfalt yolun kənarında yerləşdiyindən dəyirmana gediş-gəliş olduqca rahatdır.
Yaxın gələcəkdə dəyirmanın həyətində yerli şərait üçün əlverişli, səmərəli olan toxumluq buğda növlərinin satışı, il boyu tərəvəz yetişdirilməsi üçün istixanaların tikilməsi də nəzərdə tutulub.
Diqqətə çatdırılanlar həm də neçə-neçə yeni iş yerinin açılması deməkdir.
Hamıya başladığı xeyirxah işdə uğurlar arzulayırıq.
Əlaqə telefonları: (051) 825- 90-80, (051) 552 -98-43
“Bərəkət” MMC

Şərh Yaz