Ümummilli liderin xatirəsinə həsr olunmuş birincilik

Rayonun əksər məktəblərində, eləcə də İsmayıllı Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə idman tədbirləri həyata keçirilir.
Belə tədbirlərin daha genişmiqyaslısı oktyabr ayının 6-da keçirilən cüdo üzrə açıq rayon birinciliyi olub.
Ümummilli liderin xatirəsinə həsr olunmuş birincilik
İsmayıllı Olimpiya-İdman Kompleksi, Rayon Gənclər və İdman İdarəsinin, “Gənclər-Antinarkominya” İctimai birliyinin təşkilatçılığı ilə keçirlən birincilikdə 8 rayonun komandası iştirak edib.
Açılışda cüdo üzrə məşqçi Əkbər Şəfaqətov, Gİİ-nin rəisi Taleh Salehov, OİK-nin direktoru Tofiq Hümbətov, RİH-nin baş məsləhətçisi Rövşən Yəhyayev çıxış edərək Ulu öndərin gənclərə, idmanın inkişafına göstərdiyi qayğıdan, Azərbaycanı beynəlxalq miqyasda söz sahibi etməsindən, dövlət idman siyasətinin bugünkü nailiyyətlərindən danışıblar.
Gərgin keçən yarışın nəticəsi olaraq İsmayıllı komandası birinci, Qəbələ komandası ikinci, Mingəçevir komandası üçüncü yeri tutub.
Ş.Qafarova

Şərh Yaz