“Zarafat” zarafat etmədi

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, İsmayıllı İntellektual Oyunlar Klubunun təşkilatçılığı, Bakcell şirkətinin və National Geographic Azərbaycan jurnalının dəstəyi ilə “Nə? Harada? Nə zaman?” oyunu üzrə İsmayıllıda “Gənclər Paytaxtında Bilik Kuboku” layihəsi keçirildi.
Bilik Kubokunda seçim turlarında ölkənin 15 regionundan 100-dən artıq gənc iştirak edirdi.
Daha güclü olan 20 komanda finala vəsiqə qazandı. Finalda 8 region komandası iştirak etdi. Layihənin final mərhələsi İsmayıllı rayonunun “Elay” şadlıq sarayında baş tutdu. Maraqlı və gərgin mübarizə şəraitində keçən bilik oyununda İsmayıllı 3 nömrəli lisey-məktəbin “Zarafat” komandası ciddi oyun nümayiş etdirərək III yeri tutdu.
Toğrul Qasımov

Şərh Yaz