Yeni rubrika: “Sual-cavab” Sual – Alimentin ödənilməsi hansı qaydada həyata keçirilir?

Cavab: Hər bir valideyn uşaqlarını saxlamağa borcludur.Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi uşaqların doğulduğu andan yaranır, onlar yetkinlik yaşına çatana qədər davam edir. Uşağın yetkinlik yaşı 18 yaşının tamam olması hesab olunur.
Yeni rubrika: “Sual-cavab”  Sual - Alimentin ödənilməsi hansı qaydada həyata keçirilir?
Valideynlər arasında nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Belə bir saziş məhkəməyə təqdim olunmadığı təqdirdə, həmçinin bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda sadalanan məsələlər məhkəmə qaydasında öz həllini tapır.
Aliment ödənilməsi barədə razılıq olmadığı halda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay AM-nin 76.1-ci maddəsində müəyyən edilmiş qaydada aliment tutulur. Bu maddəyə əsasən, bir uşağa görə qazancın və valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, iki uşağa görə qazancın və başqa gəlirlərin üçdə bir hissəsi, üç və daha çox uşağa görə qazancın və başqa gəlirlərin yarısı miqdarında aliment tutulması müəyyən edilmişdir.
Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və ya artırıla bilər.
Cavablandırdı:
Lətifə Abbasova,
“R Legal Consultation” MMC-nin direktoru

Şərh Yaz