Hüquqi xidmətlərdən faydalanmaq istəyənlərin nəzərinə!

Ötən sayımızda İsmayıllıda fəaliyyətə başlamış “R Legal Consultation” MMC barəsində oxuculara məlumat vermişdik. Bu sayımızda isə “R Legal Consultation” MMC-nin mülki sahədə vətəndaşlara təqdim etdiyi hüquqi xidmətlərin siyahısını diqqətinizə çatdırırıq. Siz “RLC” MMC-ə müraciət etməklə aşağıdakı hüquqi xidmətlərdən faydalana bilərsiniz:
Hüquqi xidmətlərdən faydalanmaq istəyənlərin nəzərinə!
* İddia ərizələrinin, apellyasiya şikayətlərinin, kassasiya şikayətlərinin, əlavə kassasiya şikayətlərinin, ərizələrin, vəsatətlərin, iddia ərizələrinə, apellyasiya şikayətlərinə, kassasiya şikayətlərinə etirazların hazırlanması;
* Birinci instansiya, apellyasiya və kassasiya instansiyasında təmsilçilik;
* İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayətin hazırlanması və göndərilməsi;
* Konstitusiya Məhkəməsinə şikayətin hazırlanması və göndərilməsi;
* Müştərilərin hüquqlarının həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpası ilə əlaqədar müvafiq dövlət orqanlarında təmsilçilik;
* Bütün növ hüquqi şəxslərin (kommersiya və qeyri-kommersiya) təsis edilməsi, dövlət qeydiyyatı, ləğvi, yenidən təşkili (birləşməsi, bölünməsi, ayrılması, qoşulması və çevrilməsi) və gələcək fəaliyyətinin (işçilərin işə qəbulunun həyata keçirilməsi üzrə ərizə və əmrlərin hazırlanması, əmək müqavilələrinin hazırlanması, əmək müqaviləsi bildirişlərinin elektron informasiya sistemində qeydiyyatının təşkili, daxili qaydaların hazırlanması və s) hüquqi tənzimlənməsi;
* Bütün növ hüquqi şəxslərin (kommersiya və qeyri-kommersiya) filial və nümayəndəliklərinin təsis edilməsi və qeydiyyatı;
* Təsis sənədlərinə müvafiq dəyişikliklər və əlavələrin hazırlanması və dövlət qeydiyyatı;
* Vergi orqanlarının çıxardığı qərarların və hərəkətlərinin hüquqi ekspertizası;
* Vergi yoxlamaları olan zaman təşkilatların maraqlarının hüquqi təmsil edilməsi;
* Vergi mübahisələrinin məhkəmə və ya məhkəmədən xaric qaydada həll edilməsi;
* Vergi mübahisələrinin məhkəmədə həlli (vergi orqanların aktlarının qeyri-qanuni sayılması və ləğvi), artıq ödənilmiş vergi məbləğlərinin və tutulmaların qaytarılması;
* Sahibkarların hüquqlarının müdafiəsi;
* Müştərilərin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının, işgüzar nüfuzunun müdafiəsi;
* Müqavilələrin bağlanması, icrası, müqaviləyə dəyişikliklər edilməsi və müqaviləyə xitam verilməsi ilə bağlı müqavilə münasibətlərinin tənzimlənməsi;
* Müqavilə münasibətləri üzrə mübahisələrin həll edilməsi;
* Müqavilələrin ingilis və rus dilində tərtib edilməsi;
* Ailə hüququ üzrə məsləhətlərin verilməsi;
* Alimentin alınması üçün məhkəməyə müraciət;
* Nikahın ləğvi və əmlak bölgüsü ilə bağlı məhkəməyə müraciət;
* Uşağın ata və ya anada qalması ilə bağlı məhkəməyə müraciət;
* Uşağın valideynlərinin və yaxın qohumlarının uşaqla münasibət saxlamaq üzrə mübahisələrinin həlli;
* Nikah müqaviləsinin tərtibi;
* Daşınmaz əmlak (yaşayış və qeyri yaşayış) üzrə hüquqların dövlət qeydiyyatının həyata keçirilməsi;
* Əcnəbilər üçün sənədlərin tərtib edilməsində kömək:
–“ müvəqqəti yaşayış üçün icazə;
–“ iş icazəsi;
–“ vizanın uzadılması;
–“ müvəqqəti yaşayış icazəsinin uzadılması;
–“ yaşayış yeri üzrə qeydiyyat.
Əlaqə nömrəsi: 077-476-12-62
Ünvan: İsmayıllı şəhəri, Babək küçəsi, 10 (M.F.Axundov küçəsindən H.Əliyev parkına dönən yolun üstü).
“R Legal Consultation” MMC

Şərh Yaz