Yeni idman növündə uğur

Azərbaycan Bodibildinq Federasiyasının təşkilatçılığı ilə Gəncə şəhərində respublika birinciliyi keçirilib. Birincilikdə İsmayıllı rayonunun komandası da iştirak edib. İsmayıllıda bu idman növünə marağın yenicə yaranmasına və komandamızın yarışda ilk dəfə iştirak etməsinə baxmayarq, iki idmançımız uğurlu nəticə göstərib.
Yeni idman növündə uğur
Məmmədov Qismət II yeri, Cabbarov Elbrus isə 3-cü yeri qazanıb.
Məşqçi-müəllim Azərbaycan Bodibildinq Federasiyasının nümayəndəsi Vüsal Qəzənfərovun səyləri nəticəsində yaxın gələcəkdə daha yüksək pillələrdə İsmayıllı yetirmələrinin duracağına inanırıq.
Taleh Məhərrəmov

Şərh Yaz