Yaddas kitabcasi

Sifarişə deyil, vicdana boyun əyək

Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin ideyaları əsasında öz dövlətini qurmağa, inkişaf etdirməyə, dünyanın nüfuzlu ölkələrindən birinə çevirməyə nail olub. Ölkəmizdə həyata keçirilən uğurlu inkişaf strategiyasının əsas prioritetlərindən biri Azərbaycanı müasir dünya standartlarına uyğun və yüksək infrastruktur təminatına malik dövlətə çevirməkdən ibarətdir. Bu məqsəddən irəli gələrək, paytaxt və regionların müasirləşdirilməsi, davamlı inkişafının təmin edilməsi ilə bağlı bir sıra irimiqyaslı layihələr həyata keçirilmiş və bu proses uğurla davam etdirilir.
Son illərin ən təqdirəlayiq layihələrindən biri də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”dir ki, yerinə yetirilmiş proqram respublikanın bir sıra rayonlarının, o cümlədən, İsmayıllının inkişafına müstəsna töhfə verib. Birmənalı şəkildə qeyd etmək olar ki, bu gün rayon özünün intibah dövrünü yaşayır. Perspektivdə olan qeyri-ənənəvi layihələr gələcəyə nikbin baxmağa tutarlı əsas verir. Əlbəttə, belə bir tərəqqiyə meyilli inkişafda paralel olaraq hökumətin yaratdığı imkanlar və ona adekvat rayon rəhbərliyinin yürütdüyü siyasət əsas həlledici meyarlar olub. Lakin İsmayıllı rayonunda yeridilən uğurlu siyasətə qarşı bəzi qərəzli saytlar və “tənqidçilər”in göstərdiyi mövqe bir qədər qeyri-peşəkarlıqdan və yaxud qərəzdən başqa bir mövqeni xarakterizə etmir. Əldə olunan uğurların modifikasiya olunaraq sadə kütlə arasında uğursuzluq kimi ictimailəşdirilməsi digər mətləblərdən xəbər verir. Ancaq heç bir ciddi qaynağı olmayan və müəyyən “peşəkarların” fantaziyasından doğan belə bir təbliğatın uğurla nəticələnməsi sadəcə mümkün deyil. Necə ki, tanınmış xalq zərb-məsəlində qeyd olunur: “Görünən kəndə nə bələdçi”.
Heç bir istinad qaynağı olmayan “tənqidçilər”in cəmiyyətə deməyə sözü yoxdur. Qazanılan uğurlar isə onları ya məyus edir, ya da kədərləndirir. Rayonda sosial-iqtisadi inkişaf yönümlü islahatları və bunun fonunda əldə olunan uğurları görməmək ən azı korluqdan, eləcə də əks təbliğat üzrə “proqramlaşdırılmış” mənəvi xislətdən başqa bir şey deyil. Г‡ox təəssüf ki, cəmiyyətimizdə klassik düşüncə tərzini mühafizəkarcasına müdafiə edən və fəaliyyətini belə yanaşma üzərində quran “peşəkarlar” cüzi də olsa mövcuddur. Ancaq rayon əhalisi, ictimaiyyət nümayəndələri, əsl ziyalılar belə “tənqidçilər”in şantaj və digər niyyətli mövqelərini bilir və onlara qarşı daha ədalətli mövqe ortaya qoyurlar.
Sosial şəbəkələrdən intensiv istifadə edən bir gənc kimi deyərdim ki, rayondakı inkişafa, eləcə də rayonun rəhbəri Mirdaməd Sadıqova qarşı start verilən qara piar, şantaj cənab başçının uğurlu fəaliyyətinə qara yaxmaq missiyasına köklənib. Belə qərəzli yazılara qarşı öz vətəndaş mövqeyimi elə Azərbaycanın ən məşhur atalar sözü ilə cavab vermək, məncə daha məqsədəuyğun olar. “Yalan ayaq tutar, amma yeriməz”.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqram”nın yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin söylədiyi bir fikri xatırlamaq yerinə düşər: “Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər”. Cənab Prezident qeyd etmişdir ki, Dövlət qulluqçusu vətəndaş, cəmiyyət, xalq qarşısında məsuliyyəti dərk etməli, vətəndaşlara yuxarıdan aşağı baxmamalıdır.
Cənab Prezidentin nümunəvi və etalon xüsusiyyətə malik məmur haqqında qeyd etdiyi meyarların hamısı, zənnimcə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqovda cəmləşmişdir. O, rayon ictimaiyyəti tərəfindən çox təvazökar, sadə, insanlarla ünsiyyətdə səmimi, qayğıkeş və yüksək intellekt sahibi olan bir şəxsiyyət və başçı kimi tanınır. Məhz təyin olunduğu gündən bəri, cənab başçının təşəbbüsündən irəli gələrək, artıq İsmayıllı camaatının məmur qapılarının arxasında saatlarla növbə gözləməsi problemi tarixə qovuşub. Ucqar kəndlərdə belə vətəndaşların səyyar qəbulu, insanların problemlərinin yerindəcə həlli, məcburi köçkün və şəhid ailələrinin növbəsiz dinlənilməsi, rüşvət və korrupsiyanın aradan qaldırılması və s. bu kimi nümunəvi idarəçilik nəticəsində İsmayıllı rayonu uğurları sıralamaqdadır.
Ümid edirəm ki, qərəzli iddialar üzərindən təbliğat aparan “tənqidçilər” İsmayıllı rayonu haqqında fikir bildirərkən, bundan sonra sifarişə deyil, vicdana boyun əyəcəklər.
G. Mirzəliyeva

Şərh Yaz